Phyllodactylus nocticolus (Yarımada yarpaqayaq gekkosu) — Orta ölçülü bir gekko növü. Bu növ cənubi Kaliforniya (ABŞ) və Kaliforniya yarımadası (Meksika) ərazilərində, o cümlədən Kaliforniya körfəzindəki bir çox adada və Aşağı Kaliforniyanın qərb sahilindəki Maqdalena və Santa Marqarita adalarında tapılır.
Yaşayış mühiti
"Phyllodactylus nocticolus" səhra kolları və böyük açıq qayalıq ərazilərdə yaşayır. Onların yayılma sahəsinə baxdıqda görərik ki, Kaliforniyanın yalnız kiçik bir hissəsində yaşayırlar. Sərhəddən başlayaraq Anza-Borreqo Səhra Dövlət Parkı boyunca və Palm Sprinqsin şimalına qədər olan ərazilərdə çox sayda tapılmışdır. Kaliforniyanın yalnız kiçik bir hissəsində yaşasalar da, Aşağı Kaliforniya yarımadası boyunca geniş yayılmışdırlar. Səhra çaparalı ərazilərdə yaşayırlar və kiçik yarıqlarda və ya böyük çılpaq qayalarda tapıla bilərlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar