Emberiza cineracea — Sərçəkimilər fəsiləsinə aid quş növü. Təsviri Emberiza cineracea iri (16,5–18 sm, 21–29,7 qram) və incə bədənli bir quşdur, uzun və ağ künclü quyruğa malikdir. "Külrəngli" ifadəsi onun rəngini təsvir edir. Bir çox vələmirquşundan daha az zolaqlıdır və qalın açıq rəngli dimdiyi var. Boz rəngli belində yalnız zəif tünd işarələr var, qanadları isə daha qəhvəyi çalarlıdır.
Yetkin erkək fərdin başı solğun sarı rəngdədir, daha parlaq bığ xətti və boğazı var. Cənub-qərb Türkiyənin nominativ yarımnövündə alt hissələr boz rəngdədir, lakin şərq forması olan "E. c. semenowi"nin alt hissələri sarıdır.
Dişi fərdlərin üst hissələri qəhvəti-boz rəngdədir, boğazı ağ və yalnız bığ xəttində sarı rəng var. Cavan fərdlərin qarnı sadəcə açıq rəngdədir və döşündə zolaqlar var.
Emberiza cineracea cənubi Türkiyə və cənubi İranda çoxalır, qışı isə şimal-şərqi Afrika və Yəmən ətrafında Qırmızı dəniz bölgəsində keçirir. Bir neçə təcrid olunmuş populyasiya Egey dənizindəki Yunanıstan adalarında, xüsusilə Lesbosda, Avropa sərhədləri daxilində də mövcuddur.
Bu növün çoxalma əraziləri adətən quru, qayalıq yamaclar və yüksəkliklərdə yerləşir, burada kollar və bəzən iynəyarpaqlı ağaclar örtük təmin edir. Dağınıq ağacların olduğu ərazilərdən, məsələn, Kalabriya şamı (Pinus brutia) və ya daha hündür kollardan da istifadə edə bilər. Miqrasiya zamanı quru, açıq ərazilərə, yarımsəhralara, alçaq qayalıq təpələrə və boş kənd təsərrüfatı sahələrinə köçür. Qışlama əraziləri adətən seyrək kolluqlarla örtülü sahil bölgələrində yerləşir.
Digər vələmirquşları kimi, Emberiza cineracea əsasən toxumlarla qidalanır. Balalarını qidalandırarkən xüsusilə həşəratlarla da qidalanır. Adətən bir dəfəyə üç yumurta qoyur.
Qorunma statusu Bu az öyrənilmiş miqrasiya edən növ, təbii yaşayış mühitinin davamlı şəkildə pozulması və itirilməsi səbəbindən populyasiyanın azalması ilə bağlı narahatlıqlar səbəbilə Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Qırmızı Siyahısında "Təhlükəyə Yaxın" kimi təsnif edilmişdir. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Avrasiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1855-ci ildə təsvir edilən quşlar Kateqoriya:20–24 ID olan Taksonbar