Əbu Zəkəriyya Yəhya ibn Məin ibn Əvn əl-Mürri əl-Bağdadi (; ) — hədis və rical alimi.

Bioqrafiyası Hicri 158-ci (775) ildə doğulub. Nisbəsi "Mürri"dir.

Kufəyə, Bəsrəyə, Məkkəyə, Mədinəyə, Xorasana, Reyə, Vasitə, Nəhrəvana və başqa yerlərə elmi səfərlər etdi. Həyatı boyunca elmlə məşğul oldu. Müzəffər ibn Müdrük əl-Xorasani, Əbu Sələmə Mənsur ibn Sələmə, Əbu Səhl Heysəm ibn Cəmil, Abdullah ibn Mübarək, Vəki ibn Cərrah, Hişam ibn Yusif, Qundər, Süfyan ibn Uyeynə, Əbdürrəhman ibn Mehdi, Yəhya ibn Səid əl-Qəttan, Əbdürrəzzaq əs-Sənani, Əbu Müshir, Əffan ibn Müslüm və Əbu Nueym Fəzl ibn Dükeyn onun ən çox bəhrələndiyi müəllimləridir.

Buxari, Müslüm, Əbu Davud, Əbu Hətim ər-Razi, Əbu Züra ər-Razi, Əbu Yalə əl-Mövsili, Əhməd ibn Hənbəl, İbn Səd, Əbu Heysəmə Züheyr ibn Hərb, Abbas ibn Məhəmməd əd-Düri, İbnül-Cüneyd əl-Huttəli, Əhməd ibn Məhəmməd ibn Muhriz, Osman ibn Səid əd-Dərimi, Yezid ibn Heysəm ibn Təhmən, Əhməd ibn Həsən əs-Sufi, Əbu Səid Haşim ibn Mərsəd ət-Təbərani və Əbu Bəkr Əhməd ibn Əli əl-Mərvəzi onun tələbələridir.

Yəhya, 23 Zilqadə hicri 233-cü (847 və ya 848) ildə Mədinədə vefat etmiş, cənazə namazını Mədinə valisi qıldırmışdır. Məzarı Bəqi qəbiristanlığındadır.

Hədis elmindəki yeri Yəhya ibn Məin "əmir əl-möminin fil-hədis", "imamül-cərh vət-tədil", "höccətül-İslam", "imam rəbbani", "şeyxül-mühədisin" və "seyyidül-hüffaz" adlandırılmışdır.

Bəzi mənbələrdə onun 1 milyon hədis yazdığı qeyd edilir. Əli ibn Mədini də onun həddən artıq hədis yazdığını vurğulayıdır. O, bütün gücünü hədis toplamağa və yazmağa yönləndirdiyindən, yazdıqları ilə müqayisə də, rəvayət etdiyi hədislərin miqdarı azdır. Yazdığı hər hədisi rəvayət etməmiş, uydurma hədislərin yayılmasının qarşısını almaq məqsədilə yazdıqlarının bəzilərini məhv emişdir. Bu haqda o belə demişdir:

O, rəvayətlərindəki fərqlilikləri, xətaları, illətləri müəyyənləşdirmək üçün bir hədisi birdən çox müəllimdən öyrəndiyi və yenə bir hədisi 50 fərqli yoldan yazdığı nəql edilmişdir.

O, yalnız bir ərazinin raviləri haqqında deyil, bütün ravilər haqqında geniş biliyə malik olmuşdur. Onun rical biliyi Əli ibn Mədini, Əhməd ibn Hənbəl, İshaq ibn Rəhuyə, Əbu Bəkr ibn Əbu Şeybə, Əbu Heysəmə Züheyr ibn Hərb kimi müasirlərinin təqdirini qazanmışdır.

Əhməd ibn Hənbəl, hədislərdəki səhvləri öyrənmək üçün yanına gələnləri Yəhyaya göndərər, rəvayətçilər haqqında ondan faydalanar və eyni müəllimdən birgə hədis rəvayət etdiklərində İbn Məinin nüsxəsini əsas götürərdi.

Yəhya ibn Məin, hədis rəvayətçilərini diqqətlə qiymətləndirməsi, hədis öyrənmə və öyrətmə prinsiplərində heç güzəştə getməməsi, rəvayətçilər haqqında ağır tənqidi ifadələr istifadə etməsi səbəbindən "mütəşəddid" (çox sərt) tənqidçilərdən hesab olunmuşdur.

O, xüsusi ilə Bağdad və ətrafındakı rəvayətçilərin hədis rəvayətində laqeyd davranmalarına etiraz etmişdir. Mihnə hadisəsində (xəlqul-Quran) sorğu-sual edilib, ölümlə hədələndiyi üçün Quranın məxluq olduğunu qəbul etmiş kimi görünmüş, daha sonra da bunu təzyiq altında qəbul etdiyini söyləmişdir.

Mihnə hadisəsinə qarşı müqavimət göstərməyənlərdən hədis rəvayət etməyi xoş qarşılamayan Əhməd ibn Hənbəl, bu səbəbdən onunla münasibətini bitirmişdir.

O, Əbu Hənifənin görüşlərini mənimsəmiş alimlərin tələbəsi olmuş və onun xüsusi fürui-fiqh məsələlərində hənəfilərə yaxın olduğu deyilmişdir.

O, dövründəki bir sıra mühəddislər kimi o da fiqhi məsələlərdə görüş bəyan etmiş və fətva vermişdir. Buna görə də Hakim ən-Nisaburi onu fiqhül-hədisi bilən mühəddislər arasında qeyd etmişdir.

Əsərləri O, hədis sahəsindəki bilikləri kitab şəkildə toplanmasını xoş qarşılamamışdır. Lakin tələbələrinin onun hədis sahəsindəki biliklərini kitab halına salaraq dövrümüzə qədər gəlib çatmamasına şərait yaratmışlar. Onun müəllifi olduğu əsərlərdən bəziləri bunlarıdi:

Əl-Müsnəd, Ət-Tarix (ət-Tarix vəl-iləl), Suəlatü İbnil-Cüneyd, Mərifətür-rical, Tarixu Osman ibn Səid əd-Dərimi ən Əbi Zəkəriyya Yəhya ibn Məin fi təcrihir-ruvət və tədilihim, Min kəlami Əbi Zəkəriyya Yəhya ibn Məin fir-rical, Cüzün fihi hədisüs-Sufi ən Yəhya ibn Məin, Suəlatü Osman ibn Təlut əl-Bəsri lil-İmam Əbi Zəkəriyya Yəhya ibn Main ibn Əvn əl-Bağdadi, Əl-Cüzüs-sani min hədisi Yəhya ibn Məin (əl-Fəvaid), Cüzün fihi əhadisü Yəhya ibn Məin bi-rəvayəti Əbi Mənsur Yəhya ibn Əhməd əş-Şeybani, Tarixu Əbi Səid Haşim ibn Mərsəd ət-Təbərani ən Əbi Zəkəriyya Yəhya ibn Main fit-tədil.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Ravilər Kateqoriya:İran şəxsləri