Kamilo Duran () – Kolumbiyalı peşəkar futbolçu. Şotlandiya Liqasında çıxış edən Seltik klubunda hücumçu kimi çıxış edir.

Karyerası Kamilo Duran futbola Kolumbiyanın Santa Marta şəhərindəki "Cozi Córner Niko" klubunun uşaq komandasında başlayıb. Daha sonra "Huracan La Oço" və Medelini təmsil edən "İnderpendyente" klublarının gənclik akademiyalarında çıxış edib.

2 sentyabr 2021-ci ildə Braziliyanın Flamenqo klubu satınalma opsiyonu ilə onu icarəyə götürür və futbolçu "Flaminqo"nun gənclər komandasına qoşulur. 2022-ci ildə icarə müqaviləsi başa çatan futbolçu "İnderpendyente" klubuna geri dönür və dərhal da Portuqaliyaya yollanır.

2022-ci ildə Portuqaliyanın Regional Liqasında çıxış edən "Luzitaniya" klubuna keçir. Burada ilk mövsümündə 20 matçda meydana çıxaraq 19 qol vurur və komandasının yüksək liqaya çıxmasına kömək edir.

20 yaşlı gənc Kamilonun "Luzitaniya" klubundakı oyunu skautların diqqətini cəlb edir və 9 iyul 2023-cü ildə o, Portuqaliya Primeyra Liqasında iştirak edən "Eştrela" klubuna keçir. Ancaq klubun əsas komandasına daxil edilməyən futbolçu "Eştrela"nın ikinci komandasına göndərilir. Klubun ikinci komandası ilə Portuqaliya regional liqasında 3 oyunda meydana çıxaraq 3 qol vurur. Əsas komandada oynamaq imkanlarının olmamasına görə futbolçu "Eşttella"nı tərk edərək "Luzitaniya" klubuna qayıdır. 2023/24 mövsümündə "Luzitaniya" klubunun heyətində meydana çıxdığı 8 oyunda 12 qol vurur və komandanın Portuqaliya 3-cü Liqasına çıxmasında böyük pay sahibi olur.

2024-cü ildə "Luzitaniya" klubunun baş məşqçisi Rikardo Pessoanın "Portimonense" klubuna baş məşqçi təyin edilməsindən sonra "Portimonense" klubuna keçir. 2024/25 mövsümündə Portuqaliya ikinci Liqasında 28 matçda meydana çıxaraq 5 qol vurur.

25 avqust 2025-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubuna keçib. 26 avqustda Ağdam təmsilçisi futbolçu ilə 3 illik müqavilə imzalandığını və Kamilonun 17 nömrəli forma ilə çıxış edəcəyini elan edir. Transferin 200 min avroya baş tutduğu bildirilir. 30 avqust 2025-ci il tarixində, Azərbaycan Premyer Liqasında Karvan klubu ilə matçın 59-cu dəqiqəsində meydana girərək, "Qarabağ"ın heyətində debüt edir.

UEFA Çempionlar Liqasında debüt matçında, 16 sentyabr 2025-ci ildə Benfika üzərində 3–2 hesabı ilə qalib gəldikləri oyunda, "Qarabağ"ın heyətində qol vurur və assistlik edir.

2026-cı ilin iyul ayında Şotlandiyanın "Seltik" klubuna transfer olmuşdur. Bu transfer, Azərbaycan futbolçu üçün rekord bir məbləğə, bonuslarla birlikdə təxminən 6 milyon funt sterlinqə (təxminən 13 664 000 manat) başa gələcək.

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2002-ci ildə doğulanlar Kateqoriya:Kolumbiyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Seltik FK futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Kolumbiya milli futbol komandası futbolçuları