Xosroviyyə məscidi ( Camiet-ül Hüsrüviyye) — və ya sadəcə olaraq Hələbin Xosrov Paşa Məscidi Suriyanın Hələb şəhərində yerləşən tarixi Osmanlı-Türk dini kompleksidir.

Kompleks 1546-cı ildə Qanuni Sultan Süleyman dövründə Hələb valisi Xosrov Paşa tərəfindən Hələb qalasının altındakı torpaq sahəsində inşa edilmişdir. Kompleks İstanbulda baş memar Koca Sinan tərəfindən layihələndirilib və Sinanın Hələbə göndərdiyi şagirdlərindən biri tərəfindən inşa edilib. Xosroviyyə Kompleksində bir məscid, bir mədrəsə və bir türbə variydi. Həyətin qərbində səkkiz kiçik günbəzlə örtülmüş üçotaqlı tikili kompleksin mətbəxi kimi xidmət edirdi. Ümumilikdə beş hektar ərazini əhatə edən kompleksin ətrafı mərkəzi birlik yaratmaq üçün məhəccərlər və alçaq divarla əhatə olunub. Kompleksin ətrafında müxtəlif mağazalar da var idi. 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi zamanı radikal islamçılar tərəfindən ələ keçirilən bölgədə olan Xosroviyyə Kompleksi 2014-cü ilin avqustunda sələfi-vəhhabilərin şirk əleyhinə siyasətləri nəticəsində tamamilə dağıdılıbKhusruwiyya Mosque and Madrasa Archnet Digital Library. . |thumb|right|Xosroviyyə Quran Məktəbi kimi də tanınan Xosrov Paşa Külliyəsinin Hələb qalasından görünüşü Həmçinin bax Böyük Hələb məscidi İstinadlar

Kateqoriya:Memar Sinanın əsərləri Kateqoriya:Dağıdılmış məscidlər