– Yaponiya səs aktrisası. "Dandadan" animesində Momo Ayaseni səsləndirməsinə görə tanınır.
Həyatı və karyerası Şion Vakayama 10 fevral 1999-ci ildə Yaponiyanın Çiba prefekturasında doğulmuşdur. O, karyerasına uşaq ikən başlamış, 3 yaşı olanda "Himawari" teatr şirkətinə qoşulmuşdur. Həmin vaxt ondan 6 yaş böyük olan bacısı da uşaq aktrisası idi və valideynləri bacısını çəkilişlərə aparanda Vakayamanı da aktrisa kimi sınamağa qərar vermişdirlər. İlk rolu 2002-ci ildə "Toşiie və Matsu" serialındakı Natsu rolu olmuşdur. Həmin vaxt Vakayamanın 4 yaşı var idi.
Vakayama məktəb illərindən etibarən videooyunlarla, xüsusilə, RPG oyunları ilə maraqlandığını və buna görə də həmişə səs aktrisası olmaq istədiyini bildirmişdir. 2023-cü ildə "Ən yaxşı yeni aktyor" kateqoriyasında Seyyu Mükafatının qaliblərindən biri olmuşdur. 2025-ci ildə "Dandadan" animesindəki performansına görə "Ən yaxşı səs aktyoru performansı" (yaponca) kateqoriyası üzrə Crunchyroll Anime Mükafatına namizəd göstərilmişdir.
Animeoqrafiya Şion Vakayama "Mushoku Tensei: Jobless Reincarnation" (2021) animesində Şizuka Nanahoşi, "Lycoris Recoil" (2022) animesində Takina İnoue, "Too Many Losing Heroines!" animesində Lemon Yakişio (2024), "Dandadan" (2024) animesində Momo Ayase, "The Summer Hikaru Died" (2025) animesində Yuki Tadokoronu səsləndirmişdir. 2019-cu ildə buraxılmış "Her Blue Sky" anime filmində baş qəhrəman Aoy Ayoyu səsləndirmişdir.
İstinadlar
Xarici keçidlər Agentliyin saytında profili
Kateqoriya:Yaponiya səs aktrisaları Kateqoriya:Seyyu Mükafatı qalibləri