Atelopus zeteki — Quyruqsuzlar heyvan dəstəsinə aid qurbağa növü.

Ümumi məlumat Atelopus zeteki Panama üçün endemikdir.

Atelopus zeteki Panamanın qərb-mərkəzində yerləşən meşələrinin dağ yamacları boyunca axan çaylarda yaşayır. Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu "Kritik Təhlükədə" olan növlər siyahısına daxil etsə də, əslində bu növ 2007-ci ildən bəri vəhşi təbiətdə nəsli kəsilmiş ola bilər. Növün qorunması məqsədi ilə fərdlər qapalı şəraitə alınaraq çoxaldılır. Alternativ ümumi ad olan "Zetek'in qızıl qurbağası" və epiteti zeteki, entomoloq James Zetek'in şərəfinə verilmişdir.

Atelopus zeteki adına baxmayaraq, əslində Bufonidae fəsiləsinə aid olan həqiqi bir quru qurbağasıdır. Əvvəlcə Atelopus varius növünün yarımnövü kimi təsvir edilsə də, indi ayrı bir növ kimi təsnif edilir.

Atelopus zeteki Panamanın milli simvollarından biridir və ölkənin ən gözəl qurbağalarından biri hesab olunur. Dəri rəngi açıq sarı-yaşıldan parlaq qızılı rəngə qədər dəyişir, bəzi fərdlərin belində və ayaqlarında qara ləkələr olur. Dişilər ümumiyyətlə erkəklərdən daha böyükdür; dişilərin uzunluğu 45-63 mm, çəkisi isə 4-15 qram arasında dəyişir. Erkəklərin uzunluğu 35-48 mm, çəkisi isə 3-12 qram arasındadır.

Atelopus zetekinin ömrü 12 ildir. Bu qurbağa qeyri-adi şəkildə, rəqiblər və potensial cütləşmə partnyorları ilə ünsiyyət qurmaq üçün semafor formasında əl yelləyir, əlavə olaraq adi qurbağalarda daha çox rast gəlinən səslərdən istifadə edir. Bu adaptasiyanın Atelopus zetekidə təbii yaşayış mühiti olan sürətli axan çayların səs-küyü səbəbilə inkişaf etdiyi düşünülür. Erkəklər çoxalmanın baş verdiyi çayların yaxınlığında qalmağa meyllidir, çoxalmayan mövsümdə isə dişilər meşələrə çəkilir. Erkək potensial cütləşmə partnyorlarını cəlb etmək üçün yumşaq bir səs çıxarır, sonra dişi onun yolundan keçəndə onu tutur və yapışır. Əgər dişi razıdırsa, cütləşməyə dözür, əks halda, onu belini qövs şəklində əyərək atmağa çalışır. Cütləşmə bir neçə gündən bir neçə aya qədər davam edə bilər, yumurta qoyma isə adətən dayaz bir çayda baş verir.

İstinadlar

Xarici keçidlər

Panamanian Frog St. Louis Zoo National Zoological Park Project Golden Frog Species information Houston Zoo Discover Life website: Atelopus zeteki Discover Life website: Species ID tool Global Amphibian Assessment Atelopus zeteki - Golden Arrow Poison Frog, Golden Frog, Panamanian Golden Frog, Zetek's Golden Frog Panamanian Golden Frog Description Panama Travel Guides and Attractions

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər