Georqlar dövrü () — Britaniya İmperiyası tarixində 1714–1837-ci illəri əhatə edən və Hannover sülaləsindən olan I Georq, II Georq, III Georq və IV Georqun hakimiyyət illəri üçün istifadə edilən termin. "Georqlar dövrü" anlayışı bəzən IV Vilhelmin 1837-ci ildəki ölümü ilə bitən qısa müddətli hakimiyyətini də özündə birləşdirir. Bu dövrün alt mərhələlərindən biri — Naiblik dövrü () — III Georqun xəstəliyinə görə ölkəni idarəetməyə qadir olmadığı vaxtlarda oğlu, gələcək IV Georqun Uels şahzadəsi kimi ölkəni idarə etməsi ilə xarakterizə olunur.

Georqlar dövründən Viktoriya dövrünə keçid dini baxışlarda, ictimai dəyərlərdə və incəsənətdə rasionallıqdan romantizmə və mistisizmə doğru ton dəyişikliyi ilə müşayiət olunmuşdur.

"Georqlar" termini əsasən sosial və siyasi tarixdə, həmçinin memarlıq kontekstində istifadə olunur. Ədəbiyyat sahəsində isə "Avqust dövrü" () anlayışı 1700–1740-cı illər arasında mövcud olmuş Avqust dramı, şeiri və nəsri üçün işlədilir. Bu termin Latın ədəbiyyatının qədim Roma Respublikasının ədəbiyyatından təsirlənməsini ifadə edir.Roger D. Lund, Ridicule, Religion and the Politics of Wit in Augustan England (Ashgate, 2013), ch. 1.

Qeyd edilməlidir ki, XX əsrdə hakimiyyətdə olmuş V Corc və VI Corcun hakimiyyət dövrləri üçün "Georqlar dövrü" terminindən istifadə edilmir. Bu dövr sadəcə olaraq onların şəxsi hakimiyyət dövrləri kimi xarakterizə edilir.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər Rocque's Map of London Online, 1746 Georgians British Library history resources about the Georgian era, featuring collection material and text by Dr. Matthew White. British Library Timelines: Sources from History

Kateqoriya:Georqlar dövrü Kateqoriya:İngiltərə kralları