Əbül-Hüzeyl Məhəmməd ibn əl-Hüzeyl ibn Abdullah əl-Əllaf əl-Abdi əl-Bəsri (; ) — Bəsrə mötəziləsinin banisi və lideri.
Bioqrafiyası Həyatı haqqında məlumatlar olduqca azdır. Hicri 135-ci (752) ildə Bəsrədə doğulub. Heyvan yemi ticarəti ilə məşğul olduğu üçün "Əllaf" adlandırılmışdır.
Osman ibn Xalid ət-Təvil, Bişr ibn Səid, Əbu Osman əz-Zəfərani, Dirar ibn Əmr, Əmr ibn Ubeyd kimi alimlərə tələbəlik etdi.
Nəzzam, Şəhham, Əbu Bəkr Əsam, Əli əl-Əsvari, Sümamə ibn Əşrəs, İbn Əbu Duəd, Cəfər ibn Mübəşşir və Cəfər ibn Hərb ona tələbəlik etdilər.
15 yaşından elmi debatlarda iştirak etməyə başladı. Yəhudi, xristian və zərdüştlərlə debatlar etdi. Onlardan bəzilərinin İslamı qəbul etməsinə nail oldu. Şiə alimlərindən Hişam ibn Həkəm və İbn Küllab da onun elmi debat etdiyi şəxslərdəndir.
Bir müddət Bağdadda yaşamış, burada xəlifə Məmunun etimadını qazamışdır. Burada Beytül-Hikmənin rəhbəri Səhl ibn Harun ilə dostluq etdi. Səmərraya getdi və orada vəfat etdi. Zəhəbi isə onun 90 ildən artıq yaşadığını və hicri 227-ci (841-842) ildə öldüyünü qeyd etmişdir.
Əsərləri Onun 60-dan çox əsər qələmə aldığı deyilir. Lakin onlardan heç biri dövrümüzə qədər gəlib çatmamışdır.
İstinadlar
Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:İslam filosofları Kateqoriya:Atomistlər