Əbu Səid Əbdürrəhman ibn Mehdi ibn Həssan əl-Bəsri əl-Ənbəri (; ) — hədis hafizi, fiqh alimi. O, təbəut-tabiin nəslinə və "sünnə"yə əsaslanan Mədinə fiqh məktəbinə mənsubdur.

Bioqrafiyası İnci ticarəti ilə məşğul olduğu üçün ləqəbi "Lului"dir. Hicri 135-ci (752) ildə Bəsrədə dünyaya gəldiyi güman edilir.

Təhsil həyatına Quranı əzbərləyərək qədəm qoydu. 15 yaşından etibarən hədisə yönəldi. Şöbə, Malik ibn Ənəs, Süfyan ibn Uyeynə, Süfyan əs-Səvri kimi hədis və fiqh alimlərindən təhsil aldı.

Ondan da Əhməd ibn Hənbəl, Yəhya ibn Main, İshaq ibn Rəhuyə, Abdullah ibn Mübarək kimi tanınmış alimlər hədis rəvayət etdilər.

O, 796-cı ildə Bağdada köçdü. Burada dərslər verdi, hədis rəvayəti ilə məşğul oldu. Qüvvətli yaddaşa sahib, dəqiq və etibarlı hədis alimi idi. Yazmaqdan çox əzbərləməyə üstünlük verirdi. Əhməd ibn Hənbəl onun haqqında belə demişdir:

O, mötəzilə və cəhmiyyənin görüşlərinə şiddətlə qarşı çıxırdı. Bəsrədə vefat etmişdir.

İstinadlar