küçükresim||thumb|right|2015-ci ildə Sultanahmet meydanında lalərdən xalça motivləri İstanbul lalə festivalı — lalə mövsümü mövzusu ətrafında, İstanbulun park və bağlarında keçirilir. Yaz aylarında minlərlə lalə əkilir, İstanbulun bir çox ərazisini lalələr bürüyür. 2018-ci ildə park və bağlarda təxminən 13 milyon lalə əkilib. 2018-ci ildə ümumilikdə 30 milyon lalə əkilib.2018-ci ildə parklarda maksimum 125, minimum 45 növ lalə əkilib. 2015-ci ildə Sultanahmet meydanında 545.000 lalədən hazırlanmış dünyada ilk xalça sərgiləndi.
Aprel ayı istanbullular və şəhərin qonaqları üçün Lalə Festivalı ilə yadda qalır. Hər ilin apreli İstanbulun Emirgan qoruğu, Gülhanə parkı, Sultan Əhməd meydanı kimi müxtəlif bölgələri lalələrlə bəzədilir. 2024-cü ildə keçirilən festival çərçivəsində şəhərin müxtəlif yerlərində 158 növ lalə, 7 növ sünbül, 8 növ nərgiz olmaqla, ümumilikdə 7 milyon 962 min 701 gül əkilib. Festivalın adı Osmanlı imperiyasının bir dövrünü tərənnüm edir. Osmanlı padşahlarından III Ahmetin hakimiyyətinə təsadüf edən (1718-1730-cu illər) “Lalə dövrü” əyləncə illəri kimi tanınır və adını çox sonralar İstanbulda yetişdirilən, zamanla bütün dünyada məşhurlaşan lalə çiçəklərindən alıb. Bəzi mənbələrdə o dövrdə İstanbulda 200-dək lalə növünün yetişdirildiyi barədə məlumatlar var. Hər il konsertlər, foto və rəsm sərgiləri, idman yarışları kimi müxtəlif tədbirlərlə yadda qalan festival çərçivəsində 2015-ci ildə İstanbulun Sultanahmet meydanında 545 min lalədən istifadə edilərək dünyada ilk dəfə çiçəkdən hazırlanan xalça sərgilənib. İstinadlar
Kateqoriya:2005-ci ildə qurulub təkrarlanan tədbirlər Kateqoriya:Festivallar