Sairekabur vulkanı — Boliviya və Çili arasındakı sərhəddə yerləşən vulkan. And dağlarının Mərkəzi Vulkan Zonasının bir hissəsidir. Sairekaburun özü 5,971 metr (19,590 fut) hündürlüyündədir. Yaxınlıqda Likankabur, Putana və Jurikes vulkan mərkəzləri də yerləşir.

Geologiya və coğrafiya

Cənubi Amerikanın qərbində Naska plitəsi Cənubi Amerika plitəsi altına subduksiya edir. Bu proses And Vulkan Qurşağını yaratmışdır ki, bu da Şimali Vulkan Zonası, Mərkəzi Vulkan Zonası və Cənubi Vulkan Zonasına bölünür. Bu qurşaqların altında fərqli qabıqlar var və buna görə də tipik maqma tərkibləri fərqlidir. Bu vulkan zonaları bir-birindən vulkanizmin olmadığı zonalarla ayrılır ki, bu da subdüksiya edən plitənin seysmik zonasının dayaz meyli ilə əlaqədardır.

İstinadlar

Xarici keçidlər Sairecabur ASTER Imagery

Kateqoriya:Çili dağları Kateqoriya:Dağ zirvəsi – beşminliklər Kateqoriya:Boliviyadakı stratovulkanlar Kateqoriya:Çilidəki stratovulkanlar