Elçin Məsiyev — () — Azərbaycan futbol hakimi. FİFA referisi.
Karyerası 29 iyun 1991-ci ildə Bakı şəhərində anadan olub.
2017-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2019-cu ildən Azərbaycan Premyer Liqası oyunlarına referi kimi təyinat alır. 2021-ci ildən FİFA referisidir.
2021-22 mövsümündə Azərbaycan Kubokunun final oyununu idarə edib.
2025-ci ildə "Pari Sen-Jermen" və "Tottenhem Hotspur" komandaları arasında oynanılan UEFA Superkuboku qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib. Məsiyev, bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi tarixə düşüb. Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
Şəxsi həyatı Ali təhsillidir. 2013-2018-ci illərdə Azərbaycan İdman Akademiyasında qiyabi təhsil alıb.
İstinadlar
Xarici keçidlər Elçin Məsiyev Eu-football.info saytında
Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları