Hotot cırtdan dovşanı (Dwarf Hotot) — Ev dovşanı növü. Əsas xüsusiyyəti hər gözün ətrafında başqa bir rəngdə olan dairə istisna olmaqla tamamilə ağ rəngli xarici görünüşə malikdir.
Xüsusiyyətlər
Hotot cırtdan dovşanı növü yığcam bədən quruluşuna və yumşaq, geriyə doğru əyilmiş xəzə malikdir. Bənzər bədən quruluşuna malik olan Polish növündən fərqli olaraq, Hotot cırtdan dovşanının çiyinləri ombaları qədər genişdir və heç bir daralma göstərmir. Baş, Holland cırtdan dovşanında olduğu qədər yüksək deyil, lakin masa üzərində dayanmamalıdır. Baş cəsarətli və genişdir. Qulaqlar V şəklində dik tutulur və uzunluğu 2 ¾ düymdən çox olarsa, yarışlarda uyğunsuz sayılır. Gözlər dar rəngli xəzlə çevrələnmişdir. İdeal göz zolağının eni iki qəpik qalınlığındadır və rəngli zolaqlar göz ətrafında bərabər olur. Zəif və ya zolaqlı göz zolaqları qüsurlu sayılır, lakin zolağın tamamilə kəsilməsi yarışlarda uyğunsuzluq yaradır.
İstinadlar
Xarici keçidlər Dwarf Hotot Rabbit Breed History Different Breeds of Rabbits https://www.adhrc.com/
Kateqoriya:Dovşanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar