Nomascus hainanus (Haynan qara kəkilli hibbonu) — həmçinin "Haynan hibbonu" adlanan, Sakit okeanda yerləşən Haynan adasında tapılan və Təhlükədə Olan Növlərin Beynəlxalq İttifaqının (IUCN) Qırmızı Siyahısında "kritik təhlükədə" olan bir hibbon növü. Əvvəllər bu növ, Vyetnamın Hoa Bin və Kao Banq əyalətlərindən və Çinin Quanqsi Çjuan Muxtar Rayonundakı Jingxi qəzasından olan "Şərq qara kəkilli hibbonu"nun (N. nasutus) yarımnövü hesab olunurdu. Molekulyar məlumatlar, morfologiya və səs fərqləri ilə birlikdə onun ayrı bir növ olduğunu göstərir. Onun yaşayış mühiti genişyarpaqlı meşələr və yarpaqtökən musson meşələrindən ibarətdir. O, ən çox əncir kimi şəkərlə zəngin yetişmiş meyvələrlə, bəzən isə yarpaqlar və həşəratlarla qidalanır.
Xüsusiyyətlər
Haynan hibbonunda cinsi dimorfizm aydın şəkildə müşahidə olunur. Erkəklər demək olar ki, tamamilə qara rəngdədir, bəzən ağ və ya sarı yanaqları olur. Dişilər isə əksinə, qızılı və ya sarı rəngdədir və başda qara zolaq da daxil olmaqla qara ləkələrə malikdir. Həm erkəklər, həm də dişilər incə bədənli, uzun qollar və ayaqlara malikdir və quyruqları yoxdur. Qollar ağacdan ağaca yellənmək üçün istifadə olunur ki, bu da braxiasiya adlanır. Haynan hibbonları əlaqə və cütləşmə üçün duetlər oxuyur.
İstinadlar
Xarici keçidlər
Hainan gibbon, Nomascus nasutus hainanus Gibbon Systematics and Species Identification Conservation: Glimmer of hope for world's rarest primate
Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1892-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Asiya faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Oldfild Tomas tərəfindən adlandırılmış taksonlar