2025 MDB Oyunlarının futbol turniri 27 sentyabr–4 oktyabr 2025-ci il tarixlərində Azərbaycanda keçirilmişdir. Turnirdə iştirakçı ölkələrin U-16 milli komandaları iştirak etmişdir. Altı komanda iki qrupa bölünmüş və qrup liderləri birbaşa final mərhələsində görüşmüşdürlər. Qruplarda ikinci yeri tutmuş komandalar 3-cü yer uğrunda oyunda, üçüncülər isə 5-ci yer uğrunda oyunda üz-üzə gəlmişdir. Rusiya millisi finalda Azərbaycanı məğlub edərək qızıl medalların sahibi olmuşdur. Belarus millisi üçüncü yer uğrunda oyunda qalib gələrək bürünc medal qazanmışdır.
Oyun təqvimi Futbol yarışlarının püşkü 22 sentyabr 2025-ci ildə atılmışdır.
QmQrup mərhələsi55-ci yer uğrunda oyunBBürünc medal uğrunda oyunQQızıl medal uğrunda oyun 27Ş. 28.B. 29B.e. 30Ç.a. 1Ç. 2C.a. 3C. 4Ş. Kişilər (U-16) Qm Qm Qm 5 B Q
Məkan 2025 MDB Oyunlarının futbol turnirinin bütün oyunları Qəbələ şəhərindəki Qəbələ şəhər stadionunda baş tutmuşdur. Qəbələnin yarışa ev sahibliyi edəcəyi 2025-ci ilin yanvarında açıqlanmışdır. Turnirdən əvvəl yarışa hazırlaşmaq üçün stadionda yeniliklər edilmiş və kosmetik təmir işləri aparılmışdır. 2025-ci ilin sentyabrında "Qəbələ" klubunun aşağı yaş qrupu komandalarının iştirakı ilə test xarakterli oyun keçirilmişdir. QəbələQəbələ şəhər stadionuTutumu: 2.000frameless
Medalçılar QızılGümüşBürünc Rusiya
Aleksandr KoledovArxip KapşuçenkoArseni RixelqofArtem İurçenkoBulat KomarovDimitri KalininDimitri Savelyevİqor Kukuşkinİqor ŞilkinErnest ÇikovYaroslav Melexinİxsan İminovİvan KuzminKirill TrofimovKlim DenisovMakar QavrilenkoMaksim MasternoyMaksim SemenovMaksim SevostyanovRatmir LukianovTimofey LattuTimur NikitinZakar Puşkin Azərbaycan
Arda ƏzizliBilal HacıyevCəfər CəfərzadəDaniil RəcəbovƏhəd HacızadəƏli BəşirovFirdovski ŞeydayevHamza TahirovKamal CamalzadəMehdi HüseynNihad HüseynzadəQafar BabayevRaul PaşayevRəsul BalakişiyevRoman FərzəliRuslan ƏbilovRuslan QuliyevTunar BayramovUğur QurbanlıVaqif NəbiyevXəzər HüseynzadəYusif Orucəliyev Belarus
Aliaksandr KlimoviçAnton VyalArseni AsipenkaArtsiom KaniaxinDaniil NaskoHleb BardaçouHleb Yemelianauİliya Yuxnoviçİva JaxouskiKiril KavaliouKiril SalianikKiril ŞelestMarat LazareviçMatsvey DelendikMatsvey MariniçMatsvey JabauskiTsimafey SazankouUladislau TratsyakUlaislau VyarenikYaramir TratsyakYaraslau BelanoviçYaraslau HubaşinSaxar Siqneviç
Qrup mərhələsi
A qrupu
B qrupu
Pley-off mərhələsi
Beşinci yer üçün pley-off
Üçüncü yer üçün pley-off
Final
İstinadlar
Xarici keçidlər Rəsmi saytda nəticələr
Kateqoriya:2025-ci ildə futbol Futbol Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Qəbələ rayonunda futbol Kateqoriya:MDB-də futbol