Qızılbaş Xalq Qoşunları Ordusu — Azərbaycan Milli Hökuməti dövründə qurulmuş silahlı qüvvələr.
Haqqında 1945-ci il oktyabrın 27-də Əbdülrza Azər, Əbdülqasım Əzimi, Mahmud Qazi Əsədullahi, Məhəmməd Agahi, Seyid Yusif Murtəzavi və Tağı Musəvi ilə birlikdə əvvəlcə Culfaya daha sonra isə Təbrizə gediblər. Təbrizə gəldikdən sonra Əbdülrza Azər, Həsən Nəzəri və Seyid Yusif Murtəzavi Zəncana, Əbdülqasım Əzimi və Tağı Musəvi isə Marağaya, Möhsün Milaniyan və Mahmud Qazi Əsədullahi isə Ərdəbil və Astaraya fədai dəstələrinin formalaşdırılması üçün gediblər.
Yaradılması 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Dekabrın 20-də Azərbaycan Milli Hökumətinin Milli Məclisi Qızılbaş Xalq Qoşunlarının yaradılması haqqında qanun qəbul edib. Yeni qurulmuş hökumət tərəfindən orduya Şah İsmayıl Xətainin öz ordusuna verdiyi "Qızılbaş" adı verilib. Baş nazir Mir Cəfər Pişəvəri tərəfindən Cəfər Kavian, Xalq qoşunları naziri təyin olunub. Bundan sonra Qızılbaş Xalq Qoşunlarının baş hərbi qərargahı yaradılıb. Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Mir Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Abdin Nəvai, Möhsün Milaniyan və Əbdülrza Azər üzv seçiliblər. Qısa müddətdə xalq qoşunlarının tərkibində müxtəlif rütbəli 300 zabit toplanıb. 14 zabitə polkovnik, 8 zabitə isə general rütbəsi verilib. Ümumilikdə qoşunların sayı 18.000 nəfərə çatdırıldı. Bir neçə hərbi məktəb açıldı.
Keçirdikləri döyüş əməliyyatları
AMH dağıldıqdan sonra
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. 1946-cı il dekabrın 11-də Azərbaycan Milli Hökuməti süqut etdi. Bundan sonra bəzi Qızılbaş xalq ordusunun əsgər və zabitləri eləcə də fədai dəstələri döyüşləri davam etdiriblər. Xalq ordusunun zabiti və İran tarixində ən uzun müddətli həbs cəzası çəkmiş siyasi məhbus olan Səfər xan Qəhrəmani əvvəlcə bir neçə fədai ilə birlikdə Şişəvanda səngərlər qurub və şah ordusuna qarşı mübarizə aparıb. Daha sonra isə 1947-ci ilin mart ayına qədər Molla Mustafanın dəstələri ilə birlikdə İran-İraq sərhəddində şah qoşunlarına qarşı döyüşüb. Bu dəstələrin tərkibində 700 azərbaycanlı fədai də olub.
Bakıda mühacirətdə olan Mir Cəfər Pişəvərinin təklifi ilə 1947-ci ildə gələcəkdə Cənubi Azərbaycanda partizan müharibəsi aparıb, şah qoşunlarına müqavimət göstərmək üçün Azərbaycan SSR-də mühacirətdə olan seçkin fədai və hərbçilərdən 2 dəstə yaradıldı. Onlardan biri Hacıkəndə, digəri isə Şəki şəhərinə göndərildilər. Hacıkənddəki dəstəyə Tağı Musəvi, Şəkidəki dəstəyə isə Həsən Nəzəri başçı təyin olundu. Mir Cəfər Pişəvəri avtomobil qəzasında dünyasını dəyişdikdən sonra təlimdə olan fədai dəstələri ləğv olundu.
Fədai dəstələri ləğv edildikdən sonra mühacirətdə olan bir çox zabit başqa istiqamətlərdə təhsil almağa başlayıblar. Hərbi təyyarəçi Həsən Nəzəri iqtisad üzrə elmlər doktoru, AMH dövründə Marağa şəhərinin hərbi prokuroru olan Cəfər Müciri sənətşünaslıq elmləri namizədi, hərbi təyyarəçi Tağı Musəvi tarix elmləri doktoru, olub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Milli Hökuməti