Laslo Krasnahorkai (; ) — macar yazıçısı, 2015-ci ildə Man Buker Beynəlxalq mükafatı və 2025-ci ildə "apokaliptik dəhşətin ortasında sənətin gücünü bir daha təsdiqləyən inandırıcı və uzaqgörən yaradıcılığına görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Bioqrafiya Laslo Krasnahorkai 5 yanvar 1954-cü ildə Rumıniya ilə sərhəddən beş kilometr aralıda yerləşən Dyula şəhərində anadan olub. Onun atası, vəkil Dyörd Krasnaxorkai yəhudi əsilli olub (1931-ci ildə babası Korin soyadını macar Krasnahorkai olaraq dəyişdi), anası Yulia Palinkaş Sosial Rifah Nazirliyində işləyib. Seqed və Budapeştdə hüquq təhsili alıb. 1978-ci ildə Budapeşt Universitetinin Humanitar Elmlər fakültəsinə daxil olub, burada macar dili və ədəbiyyatı üzrə təhsil alıb; 1983-cü ildə oranı Şandor Marainin mühacirət yaradıcılığı haqqında diplom işi ilə bitirmişdir. O, çoxlu səyahətlər edir: 1990-cı ildə Monqolustanda və Çində olmuş, 1992-ci ildə Atlantik okeanında üzmüş, Avropa və ABŞ-ni gəzmiş (1992–1998), Bosniyada (1996), Yaponiyada (1997, 2000, 2005) olmuşdur. 2008-ci ildə Berlin Azad Universitetində dəvətli professor kimi mühazirələr oxumuşdur. Laslo Krasnahorkai hazırda öz ölkəsində yaşamır, Berlin və Triestdə yaşamağa üstünlük verir. O, Macarıstanın baş naziri Viktor Orbana mənfi münasibət bəsləyir.
Laslo Krasnahorkai 2005-ci ildə İsveç Akademiyası tərəfindən "apokaliptik qorxu içində belə, incəsənətin gücünü təsdiqləyən təsirli və vizioner yaradıcılığına görə" Ədəbiyyat üzrə Nobel Ödülünə layiq görülmüşdür.
Yaradılığı Laslo Krasnahorkainin ilk dəfə 1977-ci ildə nəşr olunan romanları və hekayələri xarici əlaqələrdən təcrid olunmuş və mənalı perspektivlərdən məhrum olan bir dünyada insanların qrotesk varlığı haqqında antiutopik əsərlərdir. O, geniş oxucu marağını çəkən "Sonuncu mərhəmət" (1986), "Urqa əsiri" (2012) hekayə kitablarının, "Şeytan tanqosu" (1985), "Müqavimətin melanxoliyası" (1989), "Savaş, Savaş" (1999), "Şimalda — dağ, Cənubda — göl, Şərqdə — yol, Qərbdə — çay" (2003), "Göylər səltənətinin xarabalığı və kədəri" (2004, Çin haqqında sənədli roman), "Si-van-mu aramızdadır" (2008), "Axırıncı canavar" (2015), "Əbədi Homer" (2015) romanlarının müəllifidir. Mövzu-problem aktuallığı ilə seçilən, üslub, forma baxımından fərqlənən bu əsərlərdə qaranlıq qüvvələr insanın həssas tərəfi ilə, mistik düşüncələri və ya təbii müdafiə instinkti ilə üz-üzə gəlir.
Laslo Krasnahorkai Mərkəzi Avropa ədəbi ənənəsinə söykənən istedadlı yazıçılardan biri sayılır. Onun yaradıcılığı Franz Kafkadan Thomas Bernharda qədər uzanan xəttin davamı kimi absurdizm və qrotesk elementləri ilə zəngindir.
Eyni zamanda, yazıçının əsərlərində Şərq düşüncəsinə yönələn, daha təfəkkürlü və incə tonlara malik yanaşma da müşahidə olunur. Bu, onun yaradıcılığını həm fəlsəfi dərinlik, həm də ədəbi orijinallıq baxımından fərqləndirir. Yazıçının yaradıcılığında önəmli yer tutan "Animalinside" əsəri alman rəssamı Maks Neumanla birgə işi nəticəsində yaranmış və "The Cahiers Series" tərəfindən nəfis tərtibatda nəşr edilmişdir. Yazıçı romanlarını, hekayələrini və ssenarilərini bir neçə dəfə beynəlxalq səviyyədə uğurlu filmlərə uyğunlaşdıran kinorejissor Bela Tarr ilə fəal əməkdaşlıq edir.
Əsərləri
Romanları Şeytan tanqosu (1985) Müqavimətin melanxoliyası (1989) Savaş, Savaş (1999) Şimalda — dağ, Cənubda — göl, Şərqdə — yol, Qərbdə — çay (2003) Göylər səltənətinin xarabalığı və kədəri (2004) Si-van-mu aramızdadır (2008) Sonuncu canavar (2015) Əbədi Homer (2015)
Hekayələri Sonuncu mərhəmət (1986) Sonuncu canavar (2009) Urqa əsiri (2012) Həyat davam edir (2013)
Ssenariləri Lənət (1988) (Rejissor: Bela Tarr) Şeytan tanqosu (1994) (Rejissor: Bela Tarr) Werckmeister harmonies (1997–2001) (Rejissor: Bela Tarr) Londonlu adam (2007) (Rejissor: Bela Tarr) Turin atı (2011) (Rejissor: Bela Tarr)
Ödülləri 1987 Mikes Kelemen Korlar Ödülü (Hollandiya) 1987 József Attila Ödülü (Macarıstan) 1992 Déry Tibor Ödülü (Macarıstan) 1993 Bestenliste Ödülü (Almaniya) 1993 Krúdy Gyula Ödülü (Macarıstan) 1998 Márai Sándor Ödülü (Macarıstan) 2003 Soros Fondu Ödülü (ABŞ) 2004 Kossuth Ödülü (Macarıstan) 2009 Yazarlar Birliyi Ödülü (Macarıstan) 2010 Spycher Ödülü (İsveçrə) 2010 Brücke Berlin Ödülü (Almanya) 2012 Prima Primissima Ödülü (Macarıstan) 2014 Vilenica Ödülü (Sloveniya) 2015 Buker Uluslararası Ödülü (İngiltərə) 2025 Nobel Ədəbiyyat ödülü(İsveç)
İstinadlar
Kateqoriya:Macarıstanlı Nobel mükafatı laureatları Kateqoriya:Macar yazıçılar Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Beynəlxalq Man Buker mükafatı laureatları Kateqoriya:Seqed Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1954-cü ildə doğulanlar Kateqoriya:5 yanvarda doğulanlar Kateqoriya:XX əsrin Macarıstan romançıları