Həsən Şəhatə (; ) — İslam alimi. O, Əl-Əzhər Universitetinin professoru və 2 iyul 2013-cü ildə öldürülən Misir şiələrinin lideri olmuşdur.
Həyatı və qətli Musa əl-Ənaninin oğlu Şəhatənin oğlu Məhəmmədin oğlu Həsən zilhiccə ayının 13-də Şərqiyyə əyalətində Əbu Kəbirin bir hissəsi olan Harbit şəhərində anadan olmuşdur. Həsən Şehata gənc yaşlarında atasından Quran öyrənib və sonra təhsilini davam etdirmək üçün özəl məktəbə göndərilib. Hazırlıq təhsilini başa vurduqdan sonra birinciliklə Əl-Əzhər Universitetinə daxil olub. Şəhatə Quran elmləri üzrə magistr dərəcəsini Qiraat Mərkəzində almışdır. Təhsili ilə yanaşı, Əl-Əzhər Universitetində dərs demişdir. Məhəmməd Seyid Təntavi onun tələbələri arasında olmuşdur. Həsən dindar sünni ailəsində böyüdü və sünni alimi kimi tanınırdı, lakin o, 1996-cı ildə isna əşəri imamiyyə məzhəbini qəbul etdiyini rəsmən elan etdi. Şəhatə iki dəfə evləndi və nəticədə onun dörd uşaqğı olmuşdur. Həsən Şəhatəyə həyatının son illərində ölkədən çıxmaq qadağan edilmişdi. 66 yaşlı Şeyx Şəhatə Hüsnü Mübarək dövründə başqa məzhəbdən olduğuna görə iki dəfə həbs olunmuşdur. Şeyx Həsən Şəhatə başda olmaqla bir qrup imamiyyə məzhəbinə inananlara hücum edildi. Hücum nəticəsində dəyərli alim şeyx Şəhatə və bir neçə mömin döyülərək qətlə yetirildi. Onların “günahı” yalnız başqa məzhəbdən olmaları idi.Misirdə alimi vəhşicəsinə qətl etdilər. İstifadə tarixi: 12.10.2025
Həmçinin bax Misir Əl-Əzhər Universiteti
İstinadlar
Xarici keçidlər
Şeyx Həsən Şəhatə kimdir? Misrin şiə alimi Həsən Şəhatə