İvan Buniç Vuçiç (xorvat. İvan Bunić Vučić; 1591/92 - 1658) XVII əsrdə yaşamış Xorvat şairi və Dubrovnik Respublikasının dövlət xadimi.
Həyatı Müxtəlif mənbələrə görə, İvan Buniç Vuçiç 1591 və ya 1592-ci ildə Dubrovnikdə anadan olub. Şair Buniçlərin ailəsində dünyaya göz açıb. Dubrovnikdə zadəganlar üçün şəhər məktəbini bitirib. 1609-cu ildə anasını, 1612-ci ildə isə atasını itirib. Aristokratik mənşəyi sayəsində o, karyerasını inkişaf etdirə bilib.
Buniç, 1615-ci ildə baş prokuror təyin edilib. Tezliklə Böyük Şuraya qatılan Buniç, Senatın daimi üzvü olub. 1624-cü ildə ailə həyatı qurub. Sonralar isə o, müxtəlif yüksək dövlət vəzifələrində də çalışıb. Eyni zamanda, Buniç ticarətlə də uğurla məşğul olub. Dubrovnik və ona bitişik adalardan xeyli sayda torpaq sahələri aldığı üçün ömrünün sonunadək Dubrovnik şəhərinin ən zənginlərindən biri hesab olunurdu. İvan Buniç Vuçiç 6 mart 1658-ci ildə doğma şəhərində vəfat edib.
Yaradıcılığı İvan Buniç ədəbiyyat sahəsində 109 poetik əsərin müəllifi kimi tanınır. Yaradıcılığı Barokko dövrünün çiçəklənməsinə təsadüf edir. İvan Buniçin lirikası, ümumiyyətlə, barokko təmtərağından uzaq olub, səmimi sadəliyi və təmkinliliyi, poetik forma tutumu ilə seçilir. Onun yaradıcılığında, italyan şairləri F.Petrarka, Battista Quarini, Cambattista Marino, Çiabreradan əhəmiyyətli dərəcədə təsirlənmişdir. O, məhəbbət və dünya həyatının sevincləri haqqında çoxsaylı qafiyələr yaratmış, qadınları və onlara məhəbbəti tərənnüm etmiş, gözəlliyi və ləzzəti tərənnüm etmişdir. Buniçin "Kölgədə dincəl" şeirlər silsiləsi gözəllik və gənclik hissi ilə dolu idi. Müəllifin sağlığında "Mandaljena pokornica " kitabı nəşr olunub.
1992-ci ildə yeni yaradılmış Xorvatiya hökuməti "İvan Buniç Vuçiçin anadan olmasının 400 illiyi" şərəfinə xatirə markası buraxdı.
İstinadlar
Xarici keçidlər
http://philatelia.ru/classik/plots/?more=1&id=2820 Kateqoriya:Xorvatiya siyasətçiləri Kateqoriya:XVII əsr şairləri Kateqoriya:XVII əsr siyasətçiləri