Rəcəb Tayyib Ərdoğan — Türkiyə Respublikasının 25-ci baş naziri və 12-ci Prezidenti.

Uşaqlıq və gənclik illəri

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Kasımpaşa bölgəsində anadan olub. Onun valideynləri əslən Türkiyənin şimal-şərq sahilində yerləşən Rizə şəhərinin Güneysu rayonundandır."Erdoğan'ın kökeni nereye dayanıyor?" Ərdoğan bir yaşında ikən ailəsi Rizəyə köçüb və 13 yaşına çatanda İstanbula qayıdıb."Turkey's charismatic pro-Islamic leader"

Ərdoğan 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. 1973-cü ildə İstanbul İmam Hatib liseyində təhsil alıb. Eyüp liseyindən də diplom alıb. Ərdoğan müsahibəsində İmam Hatip liseyində oxuduğu müddətdə simit və su sataraq kitablarına pul qazandığını,Erdoğan: Simit ve su satar, kitap alırdımWhy the Arabs like Erdogan həmçinin haqqında çəkilən “Ustadın hekayəsi” sənədli filmində uşaqlıq illərində Rizədə çay və fındıq yığdığını danışan Ərdoğan, "Atam məktəbimə görə ora getdiyimizdə məni tək qoymazdı. Məni orada bir müəllimə buraxardı" demişdi. Rizeyə getdikləri zaman yaxın qohum və dostlarını ziyarət etdiklərini və bu ziyarətləri hələ də atasının göstərişi ilə etdiyini qeyd edib. Qara dəniz bölgəsinin mətbəxinin zəngin olduğunu və anasının çox bacarıqlı olduğunu açıqlayıb. Erdoğan, kendi hikayesini anlattı

Ali təhsilini Mərmərə Üniversiteninin İqtisadi və Ticari Elmlər fakültəsində alan Ərdoğan 1981-ci ildə buradan məzun olub.

Məktəb və universitet illərində futbolla maraqlanırdı, yarı peşəkar klublarda oynayırdı.İşte Erdoğan'ın futbol oynadığı yıllar Lakin siyasi karyeraya gəldikdən sonra idmandan uzaqlaşdı.

Ərdoğan ilk dəfə siyasətə Milli Türk Tələbə birliyinə qoşularaq qatılıb.^ Çakır, Ruşen ve Çalmuk, Fehmi (4 Temmuz 2001). "Babası küfür eden Tayyip'i tavana astı". Milliyet. s. 19.Yalçın, Soner; ss. 49 1976-cı ildə o, sonradan Səadət Partiyasını quracaq Nəcməddin Ərbakanın rəhbərlik etdiyi sağçı Milli Qurtuluş Partiyasının yerli gənclər təşkilatının rəhbəri seçildi. Bu, Ərdoğanın siyasətdəki uzun karyerasının başlanğıcı oldu.The making of Turkey's prime minister

İstanbul Böyükşəhər bələdiyyə sədri 12 sentyabr 1980-ci il çevrilişindən sonra Milli Baxış hərəkatı Rifah Partiyasının (RP) yanında yenidən toplandı və Ərdoğan getdikcə lap çox tanındı. 1991-ci ildə Ərdoğan partiya siyahısı ilə deputatlığa namizəd oldu və mandat qazandı, lakin texniki cəhətdən bu məsələ alınmadı.

Ərdoğan 1994-cü ildə keçirilən Bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi. İstanbulda yaşayan insanlar Ərdoğanın spirtli içkiləri qadağan edəcəyini və İslam qanunlarını tətbiq edəcəyini düşünürdülər.26 yıl önceki TRT röportajı tekrar gündemde... Erdoğan İBB Başkanı olunca vatandaş ne demişti Ancaq bunun əvəzinə o, növbəti dörd il ərzində şəhərin çirklənməsi, su çatışmazlığı və nəqliyyat da daxil olmaqla bir çox problemləri həll edən praqmatik bir bələdiyyə sədri kimi tanındı."Recep Tayyip Erdoğan | Columbia University World Leaders Forum"

1996-cı ilin iyununda Rifah Partiyası Doğru Yol Partiyası (DYP) ilə koalisiya hökumətində hakimiyyətə gəldikdən sonra Türkiyədə siyasi ab-hava getdikcə gərginləşirdi və altı ay sonra, 1997-ci ilin fevralında ordu “postmodern çevrilişi” kimi tanınan 28 fevral çevrilişinə başladı."Turkey and the art of the coup | Analysis & Opinion" Bundan qısa müddət sonra Ərbakan hakimiyyətdən uzaqlaşdırıldı.In Defense Of Secularism, Turkish Army Warns Rulers

6 dekabr 1997-ci ildə Siirtdə açıq havada keçirilən mitinqdə çıxış edən Ərdoğan Ziya Gökalpın 1912-ci ildə I. Balkan müharibəsi zamanı türk əsgərləri üçün yazdığı "Əsgər duası" şeirindən dördlük oxudu. Murat BARDAKÇI [email protected] Şiiri böyle montajlamışlar Oxuduğu şeirin Gökalp tərəfindən yazıldığını iddia edən Ərdoğan, “Çıxışıma bütövlükdə baxsanız, milli birlik və həmrəylik mesajı verdiyim aydın görünür” demişdi. Avcu, Arife (8 Aralık 1997). "Erdoğan soruşturma kıskacında". Milliyet. İstanbul. s. 19.

Məhkəmə çıxışın hökumətə qarşı olduğuna qərar verdi və 1998-ci ilin sentyabrında Ərdoğanı 10 ay həbs cəzasına məhkum etdi."Tayyip Erdoğan'a hapis istemi". Milliyet. Diyarbakır. 13 Şubat 1998. s. 17 Ərdoğan 4 ay həbs cəzası çəkdi. O vaxt bəzi aparıcı qəzetlər “Ərdoğanın siyasi karyerası bitdi” və “İndi o, hətta yerli vali ola bilməyəcək” kimi başlıqlarla yazılar dərc edirdi."Radikal-online / Politika / Muhtar bile olamayacak"

1999-2001-ci illəri Postmodern çevrilişdən sonra Ərdoğan belə qənaətə gəldi ki, Türkiyə üçün fərqli yeni siyasi xətt lazımdır. O, çıxışında "Qərbdə inanc azadlığı var, Avropada ibadətə hörmət var, çadraya hörmət var. Türkiyədə niyə belə bir şey yoxdur?" demişdir.

Bu Qərb yönümlü yanaşma Ərdoğanın və onun Abdullah Gül kimi daha açıq tərəfdarlarının yeni baxışına çevriləcək. Onların fikrincə, Türkiyədəki avtoritar dünyəvilik dini mühafizəkarların onilliklər ərzində etdikləri kimi Qərbə qarşı davamı kimi qəbul edilməməlidir. Əksinə, Qərbi daha liberal və dini azadlıqlara hörmət edən Türkiyə yaratmağın bir yolu kimi baxmaq lazımdır."The Erdogan Experiment"

Ərdoğan və həmkarları Avropa İttifaqına üzvlük və Avropa İttifaqının dəstəklədiyi siyasi islahatları gündəmlərinin zirvəsinə qoydular.

AK Partiya Ərdoğan və Abdulla Gül 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını qurdular. Partiyanın emblemi müasir işıq lampası seçildi. Ərdoğan AKP-nin “dini yönümlü bir siyasi partiya” olmadığını, daha çox əsas mühafizəkar partiya olduğunu iddia edirdi. Bu siyasi liberallaşma və iqtisadi artım mesajı partiyaya 2002-ci ildə Türkiyədə keçirilən Parlament seçkilərində qalib gəlməyə imkan verdi.

Ərdoğanın partiyası seçkilərdə qalib gəlsə də, Siirtdəki çıxışına görə məhkəmə tərəfindən siyasətə qadağa qoyulduğu üçün dərhal baş nazir ola bilməyib. Onun yerinə Abdullah Gül baş nazir oldu. 2002-ci ilin dekabrında Ali Seçki Şurası Siirtdə keçirilən Parlament seçkisinin nəticələrini səsvermə pozuntularına görə ləğv etdi və yeni seçkinin 9 fevral 2003-cü ildə keçirilməsinə qərar verdi. AK Partiya yenidən Siirtdə keçirilən təkrar seçkilərdə Ərdoğanın namizədliyini irəli sürdü və o baş nazir oldu.Turkey: AKP leader Erdogan wins by-election in Siirt

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rəcəb Tayyib Ərdoğan