Xıdırov Əhliman Mehman oğlu () — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
Həyatı 1975-ci ildə Qərbi Azərbaycanın Paşalı rayonunun Gabud kəndində anadan olmuşdur. 1997-ci ildə Türkiyə Respublikası Mərmərə Universitetinin hüquq fakültəsini bitirib.
1999–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində sədrin məsləhətçisi kimi işə başlamış, 2000–2007-ci illərdə Naxçıvan MR Ali Məhkəməsində şöbə müdiri, 2007–2017-ci illərdə isə Kəngərli rayon məhkəməsində hakim vəzifəsini tutmuşdur.
2017–2018-ci ildə Kəngərli rayon məhkəməsinin sədri olmuş, 2018–2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi, 2020–2022-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Kommersiya kollegiyasının sədri vəzifəsini tutmuşdur.
2022-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindədir.
Təltifləri 11.02.2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri