Əl-Qamusül-muhit () — izahlı lüğət. Əsərin əsl adı "əl-Qamusül-muhit vəl-qabəsül-vasit əl-cəmi limə zəhəbə min lüğətil-Ərəb şəmatit"dir.

Müəllif

Əsərin müəllifi ərəb dili, təfsir və hədis alimi olan Firuzabadidir.

Əsər Əsər hicri 810-cu (1410) ildə tamamlanıb. Okean mənasında olan "qamus" () sözü, əsərin məşhurlaşmasından sonra lüğət mənasında da işlədilməyə başlanıb. Əsərdə sözlər Cövhəri üslubunda düzülmüşdür. Lüğətdə sözlərin açıqlaması törədiyi həmin kökün altında verilmişdir. Müəllif, ərəb dili lüğətlərində ilk dəfə olaraq qısaltmalardan istifadə etmişdir: "ج" cəm, "ع" yer adı, "د" şəhər adı, "ة" kənd adı, "م" məruf və s. Əsər olduqca bəyənilmiş və istifadə edilmişdir.

Nəşrlər Əsər, Kəlkətada (I–IV, 1230–1232), Mumbayda (1272/1884), Tehranda (kənarında farsca tərcüməsi ilə birlikdə h.q. 1277), Bulaqda (1289), Ləknəvdə (1885) və İstanbulda (I–IV, 1304) dəfələrlə nəşr edilmişdir.

İstinadlar

Kateqoriya:Ərəb dilində kitablar Kateqoriya:XV əsrin kitabları Kateqoriya:XIV əsrin kitabları Kateqoriya:Leksikoqrafiya