Nicky Katt () — Amerikalı aktyor.

Həyatı Nicky Katt 11 may 1970-ci ildə Akapulkoda anadan olub.

1993-cü ildə Richard Linklaterin "Dazed and Confused" filmi ilə şöhrət qazanıb. O, həmçinin "Boston Public" serialında baş rolda çıxış edib. 2002-ci ildə Steven Soderberghin "Full Frontal" filmində Julia Roberts və Brad Pitt ilə birlikdə rol alıb. 2013-cü ildə isə "Behind the Candelabra" adlı Liberace bioqrafik filmində iştirak edib.

Katt son dəfə 2018-ci ildə "Casual" adlı komediya serialının bir bölümündə rol alıb. Bundan sonra o, aktyorluq fəaliyyətini dayandırıb.

8 aprel 2025-ci ildə Berbankda 54 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar