Əbdülqədir Dərgah oğlu Qədirov () – Sosailist Əməyi Qəhrəmanı, qabaqcıl təsərrüfatçı.

Həyatı Qədirov Əbdülqədir 1896-cı ildə Şamaxı qəzasının Göylər kəndində kəndli ailəsində anadan olmuşdur. Gənc yaşlarından təsərrüfat işlərində çalışmışdır. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonrakı dövrlərdə həyata keçirilən kollektivləşmə işində yaxından iştirak etmiş, Göylər kəndində kolxozun qurulmasında zəhmət çəkən çoxsaylı zəhmətkeşlərdən olmuşdur.

Engels adına kolxozda əkinçiliklə (taxılçılıq) məşğul olmuş və müharibə vaxtında cəbhəyə göndərilən taxıl tədarükündə əvəzsiz xidmətləri olmuşdur. 1947-ci ildə briqadiri olduğu taxılçılıq sahəsində yüksək nəticələr əldə etmişdir. Buna görə də 1948-ci ildə "Sosialist Əməyi Qəhramanı" adına layiq görülmüşdür.

Əbdülqədir Qədirov 25 sentyabr 1967-ci ildə Göylər kəndində vəfat etmiş və Göylər kənd qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar