Fuad Məmmədəmin oğlu Salayev () — Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Həyatı Fuad Salalev 1943-cü ildə Bakı şəhərində anadan olub. Fuad Salayev təlsilini ilk öncə Ə.Əzimzdə adına rəssamlıq məktəbində sonra isə İ.Surikov adına Dövlət rəssamlıq məktəbində almışdır.Almaniya və Yuqoslaviyada keçirilən heykəltaraşlıq üzrə beynəlxalq simpoziumlarının , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur.Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir.

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib.

Ekspozisiyada rəssamın "Simvol ilə maili qüllə" (bürünc) "Şaquli"(bürünc), "Fəza kompozisiyası" (bürünc) işləri nümayiş olunur.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 4 mart 1992 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002 "Şöhrət" ordeni — 21 sentyabr 2013 (Azərbaycan Respublikasında heykəltaraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə) "Soltan Məhəmməd" mükafatı (Ən yaxşı heykəltaraşlıq işlərinə görə)

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr Azərbaycan rəssamları