Apache Maven — proqram təminatı layihələrinin yığımının avtomatlaşdırılması freymvorkudur. Bu zaman layihələrin (project) strukturunun təsviri XML şəkində olan POM (Project Object Model) fayllarında saxlanır. Apache Maven "Apache Software Foundation" tərəfindən yaradılmışdır. POM

Sistemin adı İdiş dilindən götürülmüşdür və tərcüməsi bilikləri yığan deməkdir.

Apache Maven layihənin deklarativ yığımını təmin edir. Təsvir fayllarında layihənin ayrıca icra komandaları yox, onun spesifikasiyası saxlanılır. Maven Java, C Sharp, Ruby, Scala proqramaşdırma dilləri üçün istifadə olunur.

Sintaksisi Layihənin yığımının konfiqurasiyası POM fayllarında saxlanılır.

<project> <!-- Maven 2.x POM-ları üçün versiya həmişə 4.0.0 olur--> <modelVersion>4.0.0</modelVersion>

<!-- layihənin koordinatları, yəni bu llayihəni identifikasiya edən dəyərlər-->

<groupId>com.mycompany.app</groupId> <artifactId>my-app</artifactId> <version>1.0</version>

<!-- asılı olduğu kitabxanalar-libraries -->

<dependencies> <dependency>

<!-- lazımi kitabxananın kooridnatları -->

<groupId>junit</groupId> <artifactId>junit</artifactId> <version>3.8.1</version>

<!-- bu kitabxana yalnız layihəni icra etmək və test üçün istifadə olunur -->

<scope>test</scope>

</dependency> </dependencies> </project>

İstinadlar

Kateqoriya:Apache Software Foundation layihələri Kateqoriya:Proqram təminatı freymvorkları