Rozi Malik Yonan (; ) — Avstriyalı yazıçı, pyes müəllifi və ssenarist. O, ən çox "Böyük otel" romanı ilə tanınır, bu əsər böyük beynəlxalq uğur qazanıb və sonradan roman əsasında məşhur film də çəkilib. Həyatı Viki Baum 24 yanvar 1888-ci ildə Vyanada yəhudi əsilli ailədə anadan olub. O, burada Vyana Konservatoriyasında musiqi təhsili almışdır. Təhsilini başa vurduqdan sonra əvvəlcə konsert piano ifaçısı kimi fəaliyyət göstərmiş, lakin tezliklə ədəbiyyatla maraqlanmağa başlamış və yazıçılığa yönəlmişdir. O, 1919-cu ildə ilk romanını nəşr etdirmişdir.
Baum "Böyük otel" (Großes Hotel, 1929) romanı ilə geniş tanınmışdır. Bu roman Berlindəki lüks bir oteldə yaşayan bir qrup insanın həyatını təsvir edir. Romanın uğuru onu səhnə pyesinə və 1932-ci ildə "Akademiya Mükafatı "qazanan filminə uyğunlaşdırmağa gətirib çıxarmışdır. Film adaptasiyası Baumun beynəlxalq şöhrətini əhəmiyyətli dərəcədə artırmışdır.
Almaniyada nasistlərin hakimiyyətə gəlməsi ilə Baum Berlini və yaşadığı Üçüncü Reyxi tərk edərək 1932-ci ildə ailəsi ilə ABŞa köçmüşdür. Burada yazı karyerasını davam etdirmiş, əsasən ssenaristlik və romanlar yazmaqla məşğul olmuşdur. O, Los-Anceles yaxınlığında məskunlaşdı. 1935-ci ildə onun kitabları faşist Almaniyasında əxlaqsız hesab edildi və qadağan edildi.
1938-ci ildə Viki Amerika vətəndaşı oldu və İkinci Dünya müharibəsindən sonra o, alman dili əvəzinə ingiliscə yazılar yazdı. Ancaq onun işi artıq eyni uğuru qazanmadı. 1960-cı ildə Viki Baum leykozdan öldü. Onun "Es war alles ganz anders" ("Hər şey tamamilə fərqli idi") adlı xatirə kitabı 1964-cü ildə ölümündən sonra nəşr olundu.
İstinadlar
Xarici keçidlər
https://www.merriam-webster.com/dictionary/Baum https://jwa.org/encyclopedia/article/baum-vicki https://scholarsarchive.byu.edu/sophsupp_gallery/21/ https://www.dhm.de/lemo/biografie/vicki-baum
Kateqoriya:Avstriyalı yazıçılar Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Musiqi Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər