Qaz partlayışı — yanar qazların hava və ya digər oksidləşdirici maddə ilə müəyyən nisbətdə qarışaraq qapalı və ya yarı qapalı məkanda alışması nəticəsində baş verən qəfil və güclü enerji buraxılışı hadisəsi. Bu proses adətən qaz sızması, qaz-hava qarışığının yaranması və alışma mənbəyinin təsiri ilə müşahidə olunur.

Qaz partlayışları əsasən məişət, sənaye və nəqliyyat sahələrində baş verir. Belə hadisələr zamanı qısa zaman ərzində yaranan yüksək təzyiq dalğası və istilik enerjisi ciddi dağıntılara, yanğınlara, insan tələfatına və ekoloji zərərlərə səbəb ola bilir.

Yaranma mexanizmi Qaz partlayışının baş verməsi üçün üç əsas amil tələb olunur. İlk növbədə, metan, propan, bütan və ya hidrogen kimi yanar qazların boru xətlərindən, ventillərdən və ya avadanlıqlardan atmosferə sızması baş verir. Sonra sızan bu qazın hava ilə müəyyən nisbətdə qarışması. Bu nisbət qazın növündən asılı olaraq aşağı və yuxarı partlayış hədləri ilə müəyyən olunur. Qığılcım, açıq alov, isti səth və ya elektrik avadanlığı vasitəsilə yaranan enerji impulsu alışma mənbəyi rolunu oynayır.

İstinadlar

Kateqoriya:Təbii qaz Kateqoriya:Partlayışlar