Neornithischia ("yeni ornitiskler") — Dinozavrların Ornithischia dəstəsinə aid bir klad. Genasauria kladı daxilində Thyreophora ilə qardaş qrup təşkil edir. "Neornithischian"lar aşağı çənə dişlərinin daxili tərəfində daha qalın, asimmetrik emal qatına malik olmaqla fərqlənirlər. Dişlər çeynəmə zamanı qeyri-bərabər şəkildə aşınır və kəskin silsilələr yaradırdı ki, bu da neornithischianların digər dinozavrlara nisbətən daha sərt bitki qidalarını həzm etməsinə imkan verirdi.
"Neornithischian"lara tarixən "hipsilofodontlar" kimi tanınan müxtəlif bazal formalar daxildir, o cümlədən "Thescelosauridae". Bu taksonların hamısı monofiletik klad təşkil etmədiyi üçün, bu qrupu kollektiv şəkildə ifadə etmək üçün "kiçik bədənli erkən ayrılan ornitisk" (SBEDO) termini istifadə edilmişdir. Bundan əlavə, "Marginocephalia" və "Ornithopoda" qruplarında təsnif edilən törəmə formalar da var. Birinci qrup "Pachycephalosauria" və "Ceratopsia" kladlarını əhatə edir, ikinci qrup isə adətən "Hypsilophodon" və daha törəmə olan "Iguanodontia" daxildir.
İstinadlar
Xarici keçidlər Encyclopædia Britannica Palæos
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Yura dövrü dinozavrları Kateqoriya:Təbaşir dövrü dinozavrları Kateqoriya:Quşçanaqlılar