— Yaponiyanın VIII–X əsrlərdə, Nara və Heyan dövrlərində mövcud olmuş qədim "hüquq qaydaları" sistemi çərçivəsində formalaşmış sosial qrup. Semminlərə qarşı dayanan sosial təbəqə ryomin () adlanmışdır. Hər iki qrupa mənsubiyyət irsən müəyyən edilmişdir.

X–XI əsrlərdə ritsuryo sisteminin tənəzzülündən sonra "aşağı təbəqədən olan insanlar" mənasını verən semmin anlayışı "nəcib insanlar" hesab edilən ryomin kimi tamamilə aradan qalxmamışdır. Orta əsrlərdə bu anlayış Yaponiyanın aşağı sosial siniflərini təmsil edən hinin və kavaramono qruplarına aid edilmişdir. XVII əsrdən başlayaraq bu təbəqənin nümayəndələri sıravi yaponlar tərəfindən nifrət və təhqir obyektinə çevrilmişdir.

İstinadlar

Kateqoriya:Kamakura dövrü Kateqoriya:Nara dövrü Kateqoriya:Heyan dövrü Kateqoriya:Yaponiyanın tarixi terminləri