Erskin Preston Koldvel (17 dekabr 1903 – 11 aprel 1987) — Amerikalı roman və hekayə yazarı.Obituary The New York Times, April 13, 1987.Obituary Variety, April 15, 1987. Cənubi ABŞ-də yoxsulluq, irqçilik və sosial problemlər haqqında yazdığı əsərləri, "Tobacco Road" (1932) və "God's Little Acre" (1933) kimi romanları ilə tanınmış və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Toplam 10 milyon və 14 milyon nüsxə satılan "Tobacco Road" və "God's Little Acre" əsərləri, ən çox satılan amerikan romanları arasında yer alır, "Tobacco Road" 1933-cü ildə "Broadway"-də ardıcıl tamaşalar üçün rekord qırmış, amma bu rekord daha sonra aşılmışdır.
Karyera
Koldvel "Erskine Kolleci"ni tərk edib və Mərkəzi Amerikanın silahlarla təmin olunmasına xidmət edən bir gəmidə işləyib. Sonra o, "Vircinya Universiteti"ndə təqaüd qazandı və orada yalnız bir il oxudu. Daha sonra futbolçu, cangüdən və "pis" daşınmaz əmlak satıcısı olub. İki dəfə daha kollecə daxil olduqdan sonra Kaldvel "Atlanta Journal"da işləməyə başlayıb, burada bir il işlədikdən sonra 1925-ci ildə ayrılıb və Mayna köçüb. Burada beş il qalaraq, "Yale Review" mükafatı qazanan bir hekayə yazmış və Corciya kasıblarından bəhs edən iki roman yazıb.
Əsərləri
Koldvelin ilk nəşr olunan əsərləri "The Bastard" (1929) və "Poor Fool" (1930) olub, amma onun ən məşhur romanları "Tobacco Road" (1932) və "God's Little Acre" (1933) ilə tanınır. Onun ilk kitabı "The Bastard" qadağan edilib və əsərin nüsxələri hakimiyyət orqanları tərəfindən müsadirə olunub. 1941-ci ildə Kaldvel, "Life" jurnalı, "CBS" radio və "PM" qəzetində SSRİ-dən reportajlar yazıb. O, "You Have Seen Their Faces" (1937), "North of the Danube" (1939) və "Say, Is This The USA" (1941) kimi üç foto-sənədli layihədə fotoqraf Maqaret Burk-Vayt ilə əməkdaşlıq edib. Kaldvel, Meksika və Çexoslovakiyadan "North American Newspaper Alliance" üçün məqalələr yazıb.
İstinadlar
Xarici keçidlər
Erskine Caldwell papers Hargrett Rare Book and Manuscript Library, University of Georgia Libraries. The Papers of Erskine P. Caldwell in the Dartmouth College Library Erskine Caldwell – Encyclopedia Britannica Rieger, Christopher. Erskine Caldwell The Literary Encyclopedia Erskine Caldwell — New Georgia Encyclopedia Erskine Caldwell Birthplace and Museum Erskine Caldwell — Georgia Writers Hall of Fame
Erskine Caldwell signing a copy of book, "Tobacco Road", April 1936 Harris & Ewing photography collection, Library of Congress Fujisato Kitajima Keiwa College, Faculty of Humanities, Department of English and Communication
Kateqoriya:1903-cü ildə doğulanlar Kateqoriya:17 dekabrda doğulanlar Kateqoriya:1987-ci ildə vəfat edənlər Kateqoriya:11 apreldə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ presviterianları Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvləri Kateqoriya:XX əsrin ABŞ romançıları