Yume Nikki (yap. ゆめにっき, tərcümədə "Yuxu Gündəliyi") — 2004-cü ildə Kikiyama ləqəbli tərtibatçı tərəfindən yaradılımış sürrealist macəra oyunudur.

Oyunun RPG Maker 2003 oyun qurma mühərrikində qurulmağına baxmayaraq, burada nə missiya, nə də kombat var: sadəcə oyunçu Madotsuki adlı bir qızı idarə edərək onun yuxularını kəşf edir. Bu yuxuların bir hissəsinə şahidlik edən oyunçu müxtəlif effektlər əldə edə bilir. Ümumi 24 effekt mövcuddur və bu effektlərlə oyunçu Madotsukinin görünüşünü dəyişə bilir.

Oyun ilk dəfə 2004-cü il iyun ayında yayınlanmışdır, 2007-ci ilədək yenilənmələr davam etmişdir və son versiyası 0.10 olmuşdur. Sonradan bir çox oyun həvəskarının diqqətini çəkən oyun 2018-ci ildə Playism tərəfindən Steam-də pulsuz oyun kimi yayınlanmışdır. Oyunun 3D versiyası, Yume Nikki: Dream Diary eyni ildə yayınlanmışdır. Oyun 200-dən çox fanatlar tərəfindən yaradılmış fanoyunların ilham mənbəyidir.

2023-cü ildə bu oyunun yaradıcısı Kikiyama Undertale və Deltarune oyunlarının yaradıcısı Tobi Foks tərəfindən Famitsu jurnalı üçün intervyu edilmişdir.

Geympley Oyunçu tək otaqlı və bir balkonu olan evdə Madotsukini idarə edir. Madotsuki oyaq olarkən oyunçu oyunu yadda saxlada bilir. Oyunda irəliləmək üçün isə onu yatırtmaq şərtdir. Madotsuki yatdığı müddətdə oyunçu təkotaqlı evdən çıxa bilir: bu zaman onu 12 qapı qarşılayır. Hər bir qapı Madotsukini ayrı-ayrı dünyalara aparır. Bəzən bu dünyalar bir-biri ilə dolayı yollarla bağlı da ola bilir. Oyun bəzən Madotsukini çıxılmaz dünyaya apara bilir: bu zaman oyunçu mütləq Madotsukini yanağını çimdikləyərək oyatmalıdır.

İstinadlar

Xarici keçidlər

Kikiyamanın rəsmi vebsaytı (yap.)

Kateqoriya:Macəra videooyunları Kateqoriya:2004-cü ilin videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:İndi videooyunlar Kateqoriya:Seynen manqaları Kateqoriya:Windows videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Yuxular haqqında videooyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Manqa seriyaları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar