Vaginal giriş, Vagina dəhlizi, Vaginal dəhliz, Vulvar vestibül, Vulva dəhlizi, Vulvar antre və ya Vulvar introitus () — kiçik dodaqlar (labia minora) arasında yerləşən vulvanın bir hissəsi. Bu sahədə sidik kanalının (uretranın) xarici deşiyi və vaginal deşik açılır. Onun kənarı Hart xətti ilə müəyyən olunur və embrionun urogenital sinusunun distal (son) başına müvafiq gəlir.

Vaginal dəlik sidik kanalının dəliyinin altında və arxasında yerləşən orta xətt yarığıdır; onun ölçüsü qızlıq pərdəsinin (hymen) ölçüsü ilə tərs mütənasib olaraq dəyişir.

Vulvar vestibülün (vulvanın giriş hissəsinin) solunda və sağında kiçik dodaqlar (labia minora) yerləşir. Vestibülün qabaq tərəfində isə klitor başlığı, frenulum və klitor (glans clitoridis) yerləşir.

Qalereya

İstinadlar

Kateqoriya:Uşaqlıq yolu Kateqoriya:Vulva