– Tatsuki Fucimotonun eyniadlı manqa seriyasına əsaslanan anime serialı. "MAPPA" studiyası tərəfindən çəkilən anime serialın birinci mövsümünün rejissoru Ryu Nakayama, baş seriya rejissoru Makoto Nakazono, ssenaristi Hiroşi Seko və personaj dizayneri Kazutaka Suqiyamadır. Animenin musiqiləri Kensuke Uşio tərəfindən bəstələnmişdir.

Anime serialı 12 oktyabrdan 28 dekabr 2022-ci ilə qədər TV Tokyo vasitəsilə yayımlanmışdır. Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır. "Mişar Adam. Film: Rezenin hekayəsi" adlı birbaşa sikvel filmi 19 sentyabr 2025-ci ildə buraxılmışdır. 2025-ci ilin dekabrında "Sui-qəsdçi arkı"nın anime adaptasiyası anons edilmişdir.

Məzmun

Yoxsulluq içində yaşayan yeniyetmə Denci intihar etmiş atasının yakuzaya olan borcunu ödəmək üçün iblis ovçusu kimi işləyir. Denci hətta yaşamaq üçün bəzi bədən üzvlərini də satıb. O, Mişar iblisi olan Poçitanın köməyi ilə iblisləri ovlayır. Yakuza Denciyə xəyanət edib onu Zombi iblisi ilə öldürəndə Poçita Denci ilə birləşib həyatını xilas edir. Denci sinəsindəki ipi çəkərək Mişar-adama çevrilir və yakuza ilə Zombi iblisini öldürür.

Denci daha sonra Makima tərəfindən idarə olunan və hökumətin dəstəyi ilə fəaliyyət göstərən İctimai Təhlükəsizlik Bürosunun üzvü olur. Denci təcrübəli iblis ovçusu Aki Hayakava və Qan iblisindən yaranmış ifrit Paver ilə tanış olur.

İstehsal Manqa əsasında anime serialı adaptasiyası 2020-ci ilin dekabrında "Shueisha" nəşriyyatının "Weekly Shonen Jump" jurnalının ikinci 2021-ci il buraxılışında anons edilmişdir.

Film "Mişar Adam. Film: Rezenin hekayəsi" adlı birbaşa sikvel filminin Yaponiya premyerası 19 sentyabr 2025-ci ildə baş tutmuşdur.

Musiqi Anime serialının musiqiləri Kensuke Uşio tərəfindən bəstələnmişdir. Açılış mahnısı Kenşi Yonezu tərəfindən ifa olunan "Kick Back" mahnısıdır. Hər seriya üçün ayrı bağlanış mahnısından istifadə olunmuşdur: 1-ci seriyada Vaundy tərəfindən ifa olunan "Chainsaw Blood" mahnısı, 2-ci seriyada "Zutomayo" tərəfindən ifa olunan "Zanki" mahnısı, 3-cü seriyada "Maximum the Hormone" tərəfindən ifa olunan "Hawatari 2 Oku Centi" mahnısı, 4-cü seriyada "Tooboe" tərəfindən ifa olunan "Jouzai" mahnısı, 5-ci seriyada "Syudou" tərəfindən ifa olunan "In the Back Room" mahnısı, 6-cı seriyada Kanaria tərəfindən ifa olunan "Dainōteki na Rendezvous" mahnısı, 7-ci seriyada Ano tərəfindən ifa olunan "Chu, Tayōsei" mahnısı, 8-ci seriyada TK tərəfindən ifa olunan "First Death" mahnısı, 9-cu seriyada Aimer tərəfindən ifa olunan "Deep Down" mahnısı, 10-cu seriyada "People 1" tərəfindən ifa olunan "Dogland" mahnısı, 11-ci seriyada "Queen Bee" tərəfindən ifa olunan "Violence" mahnısı və 12-ci seriyada "Eve" tərəfindən ifa olunan "Fight Song" mahnısı. Animenin saundtreki üç minialbomda buraxılmışdır. Birinci minialbom (1–3-cü seriyalar) 26 oktyabr 2022-ci ildə, ikinci minialbom (4–7-ci seriyalar) 23 noyabrda və üçüncü minialbom 28 dekabrda buraxılmışdır.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Chainsaw Man Kateqoriya:MAPPA Kateqoriya:2022-ci ilin anime serialları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Qaranlıq fentezi anime və manqaları Kateqoriya:Qorxu anime və manqaları Kateqoriya:Alternativ tarix anime və manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Crunchyroll Anime Mükafatı qalibləri Kateqoriya:Qara yumor anime və manqaları Kateqoriya:Anime və manqada iblislər Kateqoriya:TV Tokyo verilişləri Kateqoriya:Şonen manqaları