Həyat, deyəsən, gözəldir — 2022-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Məzmunu Azərbaycan ordusunun hücumu nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir. Mərminin partlayışından sonra Manukyan qardaşlarından biri, böyük Ermənistan milliyətçi hərəkatın fəal üzvü olan Vaçikin beyninin silkələnməsi nəticəsində onun əqidəsi dəyişir. Azərbaycan ordusu tərəfindən hər iki qardaş əsir götürüləndən sonra Vaçik Manukyan Psixiki Sağlamlıq mərkəzinin tədqiqat obyektinə çevrilir, amma həkimlər daha çox onun qardaşı Xaçik Manukyanın psixiki sağlam olmamasından şübhələnirlər.
Festivallar və mükafatlar
2022-ci ildə “Korkut Ata” Türk Dünyası Film Festivalında baş tutub və əsərin rejissoru, ssenari müəllifi Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.
Film haqqında
İlkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, rəssamı Quram Navruzaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Georgi Celiya və Avtandil Maxaradze çəkiliblər.The film by Vagif Mustafayev "Həyat, deyəsən, gözəldir" (Life seems so beautiful) will be shown in the "CinemaPlus" Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.
Filmin heyəti
Rollarda Hikmət Rəhimov — Urfan Məcidli Georgi Celiya — Vaçik Demetre Saxaradze — Xaçik Nino Qomarteli — Arşalus Sevinc Əliyeva — Tata Anaida Rostovskaya — Suzanna Abbas Qəhrəmanov — polkovnik Elgün Yəhyayev — Qurgen Şahin Nəsirov — Kotik Mələk Abbaszadə — Laura Elnar Qarayev — kapitan Quram Navrozaşvili — Mkrtiç Çingiz Həsənov — erməni keşişi Ramil Nuriyev — erməni keşişinin köməkçisi Oqtay Əliyev — Zorik Nadir Əbdürrəhmanov — Sumbat Sumbatyanç Azad Muxtarlı — Vozqran Vaqif Kərimov — Vaqarşaq Kərəm Hadızadə — erməni Əlixan Rəcəbov — ordinator Şövqi Hüseynov — baş leytenant Rauf Şahsuvarov — Sarkis Məhərrəm Musayev — Ruben Azər Aydəmir — Masik Avtandil Maxaradze — Sayat Nova
Film üzərində işləyənlər
Ssenari müəllifi: Vaqif Mustafayev Quruluşçu rejissor: Vaqif Mustafayev Baş prodüser: Fariz Əhmədov İcraçı prodüser: Azər Quliyev Quruluşçu operator: Orxan Abbasov Quruluşçu rəssam: Quram Navrozaşvili Bəstəkar: Tural Məmmədli Səs rejissoru: Tariyel Həsənzadə Mahnı sözlərinin müəllifi: Elçin İmanov Montaj: Əsgər Rəhimov Geyim üzrə rəssam: Ketevan Kalandadze Qrim üzrə rəssam: Adilə Fəruxova Dekor üzrə rəssam: Aydın Bağırov, Babək Sərkərov, Şənol Əhmədov, Akif Bağırov, Arif Niftiyev Kastinq meneceri: Yana Nikitina Erməni dili üzrə ekspert: Oqtay Əliyev Erməni dilindən tərcümə mətnini oxuyan: Oleq Əmirbəyov
İstinadlar
Xarici keçidlər Həyat, deyəsən, gözəldir filmi, tam versiya Həyat,deyəsən,gözəldir. Rəsmi Treyler 44 günlük Vətən müharibəsindən bəhs edən "Həyat deyəsən gözəldir" filminin videoçarxı yayımlanıb
Kateqoriya:2022-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri