Viktor Frans Hess (almanca: [ˈvɪktɔʁ ˈfʁants ˈhɛs]; 24 iyun 1883 – 17 dekabr 1964) — kosmik şüaların kəşfinə görə 1936-cı ildə Fizika üzrə "Nobel" mükafatını Karl Devid Andersonla birlikdə qazanan Avstriya-Amerika eksperimental fizik.
Karyerası
1910-cu ildə Hess Radium Tədqiqatları İnstitutunda Stefan Meyerin köməkçisi oldu. 1920-ci ildə Qrats Universitetində Eksperimental Fizika üzrə Fövqəladə Professor təyin edildi. 1921-ci ildə məzuniyyət götürərək ABŞ-a səyahət etdi və orada Nyu-Cersi ştatındakı Amerika Birləşmiş Ştatları Radium Korporasiyasında Tədqiqat Laboratoriyasının direktoru və Vaşinqtonda ABŞ Mədən Bürosunda məsləhətçi fizik oldu. 1923-cü ildə Qratsa qayıtdı və 1925-ci ildə Eksperimental Fizika üzrə Adi Professor təyin edildi. 1931-ci ildə İnsbruk Universitetində Radiologiya İnstitutunun direktoru təyin edildi. 1937-ci ildə o, yenidən Qrasa qayıtdı və Fizika İnstitutunun direktoru oldu.
1938-ci ildə Nasist Almaniyasının Avstriyanı ilhaq etməsindən sonra Hess Qrats Universiteti tərəfindən işdən çıxarıldı və ABŞ-yə köçdü. Elə həmin il Nyu-York şəhərindəki Fordhem Universitetində fizika professoru təyin edildi və 1958-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışdı. 1944-cü ildə ABŞ vətəndaşlığını qəbul etdi.
İstinadlar
Xarici keçidlər
Biography and Nobel lecture Victor Francis Hess – Not only the Discoverer of the Cosmic Radiation Diploma thesis (in German)
Kateqoriya:24 iyunda doğulanlar Kateqoriya:1883-cü ildə doğulanlar Kateqoriya:17 dekabrda vəfat edənlər Kateqoriya:1964-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Avstriya fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Avstriyalı Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Qrats Universitetinin məzunları Kateqoriya:Vyana Universitetinin müəllimləri Kateqoriya:Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni kavalerləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Parkinson xəstəliyindən ölənlər Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər