Sabir Məcid oğlu Hüseynzadə (rus. Сабир Меджидович Гусейн-Заде) 29 iyul 1950, Moskva ) — azərbaycan əsilli SSRİ və RF riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor.
Həyatı Milliyyətcə azərbaycanlıdır. Moskvada 2 №-li məktəbi bitirib. Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan Hüseyn-Zadə 1966-cı ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1971-ci ildə Moskva Dövlət Universitetini, 1974-cü ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib.
1975- ci ildə S. P. Novikovun rəhbərliyi altında “İki dəyişənlinin funksiyalarınn xüsusiyyətlərinin kəsişmə matrisləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 1991-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru adını qazanıb.
O, 1996-cı ildən Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Ali həndəsə və topologiya kafedrasının professoru olmaqla, həmçinin Moskva Müstəqil Universitetində onun Elmi Şurasının üzvü olmaqla yanaşı, həmin Universitetdə dərs deyir. Bununla yanaşı, o Moskva Riyaziyyat Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.
2012-ci ildən o, Moskva Dövlət Universitetinin əməkdar professorudur.
1998-ci ildə S. M. Hüseyn-Zadə 61-ci Moskva Riyaziyyat Olimpiadasının Təşkilat Komitəsinə sədrlik edib.
S. M. Hüseyn-Zadə aşağıdakı jurnalların redaksiya kollektivinin və şuralarının üzvüdür:
"Riyazi maarifləndirmə"; “ Funksional analiz və onun tətbiqi ”; Müstəqil Moskva Universiteti tərəfindən nəşr olunan beynəlxalq "Moskva Riyaziyyat Jurnalı "nın redaktoru (Y. S. İlyaşenko və M. A. Tsfasman ilə birlikdə).
Şəxsi həyatı Evlidir. İki övladı var.
Elmi fəaliyyəti S. M. Hüseyn-Zadənin elmi maraq dairəsinə cəbri fəzaların topologiyası və xüsusiyyətlərinin nəzəriyyəsi daxildir. S. M. Hüseyn-Zadə xalis və tətbiqi riyaziyyat üzrə 200-dən elmi məqalənin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir.
Əsas nəşrləri
Diferensiallaşdırılabilən əkslərin xüsusiyyətləri (həmmüəlliflər V. I. Arnold, A. N. Varçenko, I cild, “Kritik nöqtələrin, kaustiklərin və dalğa cəbhələrinin təsnifatı”, 1982) Diferensiallaşdırılabilən əkslərin xüsusiyyətləri (həmmüəlliflər V. I. Arnold, A. N. Varçenko, II cild, “Monodromy and asymptotics of inteqral”, 1984) İqtisadi və sosial coğrafiyada hesablama metodlarından və elektron hesablayıcı maşınlardan istifadə (həmmüəllif S. E. Xanin, 1987) Əhali məskunlaşmasının və yaşayış məntəqələrinin yerləşdirilməsi modelləri (1988) Seçici Gəlin ("Riyaziyyat Maarifləndırmə" Kitabxanası) (2003)
İstinadlar
Kateqoriya:Rusiya riyaziyyatçıları Kateqoriya:XXI əsr riyaziyyatçıları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1950-ci ildə doğulanlar Kateqoriya:29 iyulda doğulanlar Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri