La Modelo həbsxanası () — Kolumbiyanın paytaxtı Boqotada yerləşən ən məşhur və eyni zamanda ən təhlükəli həbsxanalardan biri. Burada narkotik kartellərinin üzvləri, siyasi məhbuslar və ağır cinayətlər törədən şəxslər saxlanılır. The prison's administration allows prisoner's to have businesses, such as bakeries or restaurants.

Tarixi La Modelo XX əsrin əvvəllərində Boqotada inşa edilmişdir və Kolumbiya cəza sisteminin əsas hissələrindən biri olmuşdur. Başlanğıcda kiçik miqyaslı həbsxana kimi fəaliyyət göstərsə də, sonradan Kolumbiyada cinayətkarlığın artması ilə buraya minlərlə məhkum yerləşdirildi. 1980-1990-cı illərdə Kolumbiyada narkotik kartellərinin güclənməsi ilə La Modelo kriminal qruplaşmaların nəzarətində olan bir həbsxanaya çevrildi. 2000-ci illərdən etibarən həbsxana sistematik zorakılıq və korrupsiya ilə gündəmə gəldi.

Rəsmi olaraq həbsxana 2,500 nəfər üçün nəzərdə tutulsa da, burada faktiki məhbus sayı 5,000-dən çoxdur.

La Modelo həbsxanası çoxsaylı üsyanlar, qətllər və korrupsiya qalmaqalları ilə gündəmə gəlib. 2001-ci ildə məhbuslar arasında böyük bir qarşıdurma baş verdi. Həbsxana daxilində siyasi məhbuslarla narkotik kartelləri üzvləri arasında müharibə başlandı. 2020-ci ildə koronavirus pandemiyası zamanı məhbuslar ağır şəraitə və xəstəlik riskinə qarşı etiraz etdilər. Üsyan zamanı 23 məhbus öldü, 80 nəfər yaralandı.

La Modelo həbsxanası beynəlxalq insan haqları təşkilatları tərəfindən ciddi tənqid olunur.

16 may 2024-cü ildə 4 apreldən bəri vəzifədə olan həbsxana direktoru Elmer Fernandez, Boqotada işdən evə qayıdarkən motosikletli silahlı şəxs tərəfindən güllələnərək öldürüldü.

İstinadlar

Xarici keçidlər