Vağzalı — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi tanınan rəqs.
Söz açımı "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalıBrokhauz və Efronun ensiklopedik lüğəti. Вокзал ..
Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl, XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı gələrdi. İki boş at isə gəlin və yengə üçün gətirilərdi. "Vağzalı" havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.Fəttah Xalıqzadə — İlisunun musiqi etnoqrafiyası: dünən və bu gün . "Musiqi dünyası" jurnalı.
Tarixçə Hələ XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və "Qarabağın ağırı" adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki "Asta Qarabağı" və XIX əsrin sonu XX əsrin əvvəllərindən "Vağzalı" adları altında saxlmaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu "Qarabağın ağırı" sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında "vağzalı" adı altında məşhurlaşmışdır.
Ola da bilər ki, "Atlandırma" (Vağzalı") rəqsinin melodiyası "Kitabi Dədə Qorqudda" adı keçən qopuzun "Yelətmə" havasından gəlir.Qasımlı M. Ozan ənənəsi . "Musiqi dünyası" jurnalı."Yelətmə"- yelləndilmə, həvəsləndirmə, coşdurma məzmunu verir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman etmək olar:
Qanturalıyla qızı götürüb gərdəyə qoydılar. Ozan gəldi, yelətmə çaldı.Kitabi Dədə Qorqud, səh. 166.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri-iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.
Keçmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayiət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.
Vağzalı bəstəkar musiqisində Azərbaycan bəstəkarı Süleyman Ələsgərov "Vağzalı" mahnısında Vağzalı melodiyasından istifadə etmişdir. Erməni bəstəkarı Aram Xaçaturyan "Qayane" baletində məşhur "Qılınclarla rəqs"inin bir hissəsində Vağzalının melodiyasından istifadə etmişdir.
İstinadlar
Video "Azərbaycan xalq rəqsləri" verilişi — Vağzalı Rəqqasə Solmaz Ələsgərova — Vağzalı rəqsi — solo Afaq Məlikovanın quruluşunda Vağzalı rəqsi — gəlin kişilər ətrafında Aram Xaçaturyanın "Qayane" baletindən "Qılınclarla rəqs"i
Həmçinin bax Mirzəyi Azərbaycan rəqsləri
Kateqoriya:Azərbaycan rəqsləri