2020-ci ildə COVID-19 pandemiyası başladıqdan sonra, 2021-ci ilin ortalarından 2022-ci ilin ortalarınadək davam edən qlobal inflyasiya dalğası meydana gəldi. Bir çox ölkələr onilliklər ərzində ən yüksək inflyasiya səviyyələrini qeydə aldılar. Bu artım müxtəlif səbəblərlə əlaqələndirilir: pandemiya ilə bağlı iqtisadi pozuntular, təchizat zəncirində kəsintilər, hökumətlər və mərkəzi banklar tərəfindən pandemiyaya cavab olaraq 2020 və 2021-ci illərdə tətbiq edilən fiskal və monetar stimullaşdırıcı tədbirlər, həmçinin qiymət manipulyasiyası. Artıma töhfə verə biləcək əvvəlcədən mövcud olan amillərə mənzil qıtlığı, iqlim təsirləri və büdcə kəsirləri daxil idi. COVID-19 resessiyasından sonrakı tələbin bərpası 2021-ci ilə gəldikdə çoxsaylı biznes və istehlak sektorlarında ciddi təchizat çatışmazlıqlarını üzə çıxardı.

2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya müdaxiləsinin qlobal neft qiymətlərinə, təbii qaza, gübrəyə və qida qiymətlərinə təsiri vəziyyəti daha da ağırlaşdırdı.Multiple sources:

Daha yüksək benzinin qiymətləri inflyasiyanın əsas səbəblərindən biri idi, çünki neft istehsalçıları rekord mənfəət əldə edirdilər. İnflyasiya təzyiqlərinin müvəqqəti, yoxsa davamlı olması və qiymət manipulyasiyasının hansı dərəcədə rol oynadığı barədə müzakirələr yarandı. Bütün mərkəzi banklar (2024-cü ilə qədər uçot dərəcəsini −0.1% səviyyəsində saxlayan Yaponiya Bankı istisna olmaqla) faiz dərəcələrini aqressiv şəkildə artırmaqla cavab verdilər.

ABŞ və avrozonada inflyasiya səviyyəsi 2022-ci ilin ikinci yarısında zirvəyə çatmış və 2023-cü ildə kəskin şəkildə azalmışdır. ABŞ-da inflyasiya 1981-ci ildən bəri ən yüksək səviyyəsinə yüksəlmişdi, avrozonada isə bu göstərici 1997-ci ildən aparılan ölçmələr üzrə ən yüksək hədd olmuşdur.

Qlobal miqyasda azalma müşahidə olunsa da, bəzi iqtisadçılar hesab edirlər ki, istehlak qiymətlərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması ehtimalı azdır və qiymətlər yüksək olaraq qala bilər. İqtisadçıların fikrincə, qiymətlərin həmin səviyyəyə enməsi üçün genişmiqyaslı deflyasiya dövrü tələb olunar ki, bu da adətən resessiya ilə əlaqələndirilir.

2024-cü ildə ABŞ iqtisadi artımı qoruyaraq inflyasiyanı hədəf səviyyəyə yaxınlaşdırmağa nail olmuş və bu proses "yumşaq eniş" (soft landing) kimi qiymətləndirilmişdir. 2025-ci ilin iyul ayına olan məlumata görə, ABŞ-da illik inflyasiya səviyyəsi 2,7% təşkil edir; Federal Ehtiyat Sisteminin hədəf göstəricisi isə 2%-dir. Gələcəkdə inflyasiyanın daha da aşağı düşməsinin əlavə faiz artımları, yoxsa ehtimal olunan resessiya nəticəsində baş verəcəyi hələlik məlum deyil.Multiple sources:

Keçici və ya davamlı inflyasiya mübahisəsi

2021-ci ilin əvvəllərində iqtisadçılar arasında inflyasiyanın pandemiyadan çıxış dövrünün keçici effekti olub-olmayacağı, yoxsa davamlı xarakter daşıyacağı barədə mübahisə yarandı. İqtisadçılar Larri Sammers və Olivye Blanşar inflyasiyanın davamlı olacağı barədə xəbərdarlıq edirdilər, Paul Kruqman və ABŞ-ın Xəzinə katibi Canet Yellen isə bunun keçici olacağını bildirirdilər.

İnflyasiya 2021-ci il boyunca və 2022-ci ilin əvvəllərində sürətlə artmaqda davam etdi. Buna cavab olaraq Federal Ehtiyat Sistemi 2022-ci ilin martında son üç ildə ilk dəfə olaraq federal fondlar üzrə faiz dərəcəsini 25 baza punktu artırdı. May ayında artım 50 baza punktu, daha sonra isə iyun, iyul, sentyabr və noyabr aylarında ardıcıl olaraq dörd dəfə 75 baza punktu oldu. Bəzi analitiklər bu artımları gecikmiş və kəskin addımlar kimi qiymətləndirərək, onların resessiyaya səbəb ola biləcəyini irəli sürdülər.

Bu addımların ümumi nəticəsi kimi federal fondlar üzrə faiz dərəcəsi 2008-ci ilin əvvəlindəki Böyük Tənəzzül dövründən bəri ən yüksək səviyyəyə çatdı.

2022-ci ilin mayında Avrozonada inflyasiya 8,1% ilə rekord səviyyəyə çatdı. Bunun ardınca Avropa Mərkəzi Bankı iyul ayında faiz dərəcələrini 25 baza punktu, sentyabrda isə 50 baza punktu artıracağını elan etdi. Noyabr ayına qədər ümumi artım 200 baza punktu təşkil etdi.

Federal Ehtiyat Sisteminin üçüncü faiz artımından sonra Sammers bildirdi: “Biz hələ də kifayət qədər sərt enişə doğru gedirik.”Multiple sources:

2022-ci ilin noyabrına gəldikdə, ABŞ-da inflyasiya ardıcıl beş ay azalmışdı, iş yerlərinin yaradılması güclü olaraq qalırdı və üçüncü rübdə real ÜDM artımı 3,2% təşkil etmişdi. Bu göstəricilər bir çox investoru sərt enişin qarşısının alınacağına inandırmağa başlamışdı.

2022-ci il Rusiyanın Ukraynaya təcavüzünün təsiri

Moody's Analytics şirkətinin baş iqtisadçısı Mark Zandi 2022-ci ilin may ayı üzrə hesabatda ABŞ-da inflyasiyanın 8,6% təşkil etdiyini göstərən göstəricilərdən sonra ABŞ-ın İstehlak Qiymətləri İndeksi komponentlərini təhlil etmişdir. Onun hesablamalarına görə, həmin dövrdə 2022-ci il Rusiyanın Ukraynaya təcavüzü inflyasiyanın əsas səbəbi olmuş və 8,6%-lik səviyyənin 3,5%-ni təşkil etmişdir. O bildirib ki, təcavüz gözləntiləri və faktiki hücum neft və xammal qiymətlərinin kəskin artmasına, bunun isə benzin qiymətlərinin bahalaşmasına səbəb olmuşdur. Dizel yanacağının bahalaşması istehlak mallarının, o cümlədən qida məhsullarının daşınma xərclərini artırmışdır.

Qernot Vaqner isə inflyasiyanın böyük hissəsinin məhz təcavüzdən qaynaqlandığını irəli sürmüşdür.

Rusiyanın 2021-ci ildən başlayan qaz tədarükü məhdudiyyətləri post-pandemiya dövründə tələbin artması və qlobal təklif çatışmazlığı fonunda yaranmış enerji böhranını daha da kəskinləşdirdi. Avropada qaz qiymətləri bir il ərzində 450%-dən çox, elektrik enerjisi qiymətləri isə 230% yüksəldi.

2022-ci il fevralın 22-də, təcavüzdən bir neçə gün əvvəl, Almaniya Nazirlər Kabineti Nord Stream 2 qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırdı, bu isə təbii qaz qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb oldu.

Fevralın 24-də Rusiya hərbi qüvvələri Ukraynaya daxil oldu məqsəd demokratik seçilmiş hökuməti devirmək və onu Rusiyanın nəzarətində olan bir kukla dövlətlə əvəz etmək idi.

Təcavüzdən əvvəl Ukrayna dünya buğda ixracının 11,5%-nə, qarğıdalı ixrac bazarının isə 17%-nə sahib idi. İşğal nəticəsində Ukraynanın buğda və qarğıdalı məhsullarının qlobal bazara çıxışı məhdudlaşdı, bu isə qıtlığa və qiymətlərin kəskin artmasına səbəb oldu, bu artım qida məhsulları və biodizel qiymətlərinə də təsir göstərdi.

Brent Crude markalı neftin bir barelinin qiyməti fevralın 25-də 97,93 ABŞ dollarından martın 8-də 127,98 dollara yüksəldi, bu isə petrokimya məhsullarının və neftdən asılı digər malların qiymət artımına səbəb oldu.

Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar illik inflyasiyanın 17,89%-ə yüksəlməsinə səbəb oldu ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir. Aprelin 8-i ilə başa çatan həftədə həftəlik inflyasiya 0,99%-ə yüksələrək ilin əvvəlindən 10,83%-ə çatdı (2021-ci ilin eyni dövründə 2,72%).

İstinadlar

Xarici keçidlər

FT's Global inflation tracker

Kateqoriya:2021-ci ildə iqtisadiyyat Kateqoriya:ABŞ-nin iqtisadi tarixi Kateqoriya:İnflyasiya Kateqoriya:2023-cü ildə iqtisadiyyat Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:2022-ci ildə iqtisadiyyat Kateqoriya:Mənzil