Türkiyə Böyük Millət Məclisi () və ya TBMM — Türkiyə Respublikasının qanunverici orqanı. O, Antanta dövlətləri tərəfindən Osmanlı İmperiyasının işğalına və İstanbulun işğalından sonra Deputatlar Palatasının fəaliyyətinin dayandırılmasına qarşı müqavimət göstərmək məqsədilə 23 aprel 1920-ci ildə Ankarada Mustafa Kamal Atatürk və onun silahdaşlarının rəhbərliyi ilə təsis edilmişdir. Onun əsas vəzifələri icra hakimiyyətinə nəzarət etmək və qanunvericilik hakimiyyətini həyata keçirməkdir. "Suverenliyin qeyd-şərtsiz millətə məxsus olması" prinsipi Türkiyə Böyük Millət Məclisinin mövcudluğunun təməl əsasını təşkil edir.Türkiye Büyük Millet Meclisi
Hazırda ikinci dərəcəli təsisçi hakimiyyət səlahiyyətinə malik orqan statusunu daşıyan Türkiyə Böyük Millət Məclisi (TBMM) digər Konstitusiya dövlət orqanlarından üstün mövqedə dayanmır. Qanunlar Konstitusiyaya zidd ola bilməz. Qanunvericilik hakimiyyəti qanunlar qəbul etmək səlahiyyətidir. TBMM Konstitusiyaya düzəlişlər etmək səlahiyyətinə malik olsa da, bu səlahiyyət Preambulada müəyyən edilmiş prinsiplərə uyğun hərəkət etmək və Konstitusiyanın bütövlüyünü nəzərə almaq (və düzəlişləri yalnız bu çərçivədə həyata keçirmək) tələbi ilə məhdudlaşır. Beləliklə, o, öz legitimliyini məhz bu kontekstdən əldə edir.
Konstitusiyanın 6-cı maddəsindəki "Heç bir şəxs və ya qurum Konstitusiyada təsbit edilmiş qanun olmadan dövlət hakimiyyətini həyata keçirə bilməz"TÜRKİYE CUMHURİYETİ ANAYASASI müddəasına əsasən, TBMM — qanunverici orqan kimi — Konstitusiyanı bütövlükdə və ya onun fundamental prinsiplərini rədd edərək yeni bir Konstitusiya hazırlamaq səlahiyyətinə malik deyil. Belə ki, Konstitusiyanın özü Məclisin hüquqi əsasını təşkil edir. Məclis, mövcud Konstitusiyanın prinsiplərini rədd edərək yeni bir Konstitusiya hazırlamaq səlahiyyətinə malik deyil.ANAYASA MAHKEMESİ KARARIASLÎ KURUCU İKTİDAR - TALİ KURUCU İKTİDAR AYRIMIANAYASA MAHKEMESİ KARARLARI IŞIĞINDA “YOKLUK” YA DA “YOK İŞLEM”
Konstitusiyaya sədaqət andı içmiş millət vəkilləri və ya partiyalar tərəfindən edilən bu cəhdlər, səlahiyyət həddini aşmaq və səlahiyyəti qəsb etmək cəhdi baxımından cinayət sayılır və bu, millət vəkillərinin legitimliyini şübhə altına alır və qanunu dəyişdirməyə cəhdlə nəticələnə bilər.ASLÎ KURUCU İKTİDAR - TALİ KURUCU İKTİDAR AYRIMI: TBMM YENİ BİR ANAYASA YAPABİLİR Mİ?
Konstitusiya Məhkəməsi qanunvericilik və konstitusiya dəyişikliklərinin Konstitusiyaya həm də xalqın suveren hüquqlarını qoruyan ictimai müqaviləyə zidd olub-olmadığını nəzərət edir.
Konstitusiyanın preambulasında qeyd olunur ki, millətə məxsus suveren səlahiyyətlərin hakimiyyət bölgüsü prinsipinə uyğun şəkildə təşkili dövlət orqanları arasında üstünlük iyerarxiyasını nəzərdə tutmur; əksinə, bu, müəyyən dövlət səlahiyyətlərinin və vəzifələrinin həyata keçirilməsi ilə bağlı sivil əmək bölgüsü və əməkdaşlığı təşkil edir, ali qüvvə isə yalnız Konstitusiya və qanunlara məxsusdur.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, qanunvericilik hakimiyyəti türk milləti adından Türkiyə Böyük Millət Məclisinə məxsusdur. Türkiyə Böyük Millət Məclisinə ümumi seçkilər hər beş ildən bir azad, bərabər və birpilləli ümumi seçki hüququ prinsipləri əsasında keçirilir və məhkəmə orqanlarının ümumi rəhbərliyi və nəzarəti altında təşkil olunur. Seçkilərdə qalib gələn parlament üzvləri türk milləti qarşısında şərəf və ləyaqət andı içib Konstitusiyaya sadiq qalacaqlarına dair öhdəlik götürdükdən sonra Türkiyə Böyük Millət Məclisində beş illik müddətə fəaliyyət göstərmək hüququ qazanırlar. Türkiyə Böyük Millət Məclisinin üzvləri (parlament üzvləri) qanunvericilik toxunulmazlığına malikdirlər.
Yerlərin bölgüsü
Türkiyə Böyük Millət Məclisində azı 20 millət vəkili təmsil olunan siyasi partiyalar parlament qrupu yaratmaq hüququna malikdirlər. Hər bir partiya qrupunun öz intizam komissiyası mövcuddur. Əgər partiya sədri millət vəkilidirsə, o, avtomatik olaraq qrup rəhbəri vəzifəsini icra edir. Əgər partiya sədri millət vəkili deyilsə, daxili səsvermə yolu ilə qrup üzvlərindən biri qrup rəhbəri seçilir."Milletvekili Personeli El Kitabı"
Yenidənqurulması Qərar qəbulu üçün kvorum Qərar Kvorum Prezident tərəfindən Ali Məhkəməyə müraciət400 Konstitusiya düzəlişinin qəbul edilməsiPrezidentlə bağlı araşdırmanın qəbul edilməsi360 Ümumi və ya xüsusi amnistiya elan edilməsi Təkrar seçkilərin təşkil olunması Konstitusiya düzəlişinin referendum yolu ilə qəbul edilməsi Prezidentlə bağlı araşdırma aparılması təklifi301 Deputat mandatının ləğvi Konstitusiyaya dəyişiklik edilməsi təklifi 200 Konstitusiya Məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı iş 120 Fövqəladə iclas Ümumi müzakirə və parlament araşdırması keçirilməsi təklifi20 Siyasi partiya qrupunun formalaşdırılması
Andiçmə Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildikləri bölgəni və onları seçənləri deyil, bütün milləti təmsil edirlər. Konstitusiyanın 81-ci maddəsinə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisinin üzvləri vəzifələrinin icrasına başlayarkən aşağıdakı andı içirlər: Böyük Türk milləti qarşısında şərəf və ləyaqətimə and içirəm ki: dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağam; hüququn aliliyinə, demokratik və dünyəvi Respublikaya, həmçinin Atatürkün prinsip və islahatlarına sarsılmaz şəkildə sadiq qalacağam; sosial sülh, milli həmrəylik və ədalət şəraitində hər kəsin insan hüquqlarından və əsas azadlıqlardan bəhrələndiyi idealdan, eləcə də Konstitusiyaya sədaqətdən kənara çıxmayacağam. — Türkiyə Respublikasının Konstitusiyası, Maddə 81
Milli Məclisin sədriTürkiye Büyük Millet Meclisi Hər yeni qanunvericilik dövründə, seçkilər keçirilənədək ən yaşlı üzv sədr, ikinci ən yaşlı üzv isə sədr müavini vəzifəsini icra edir. Qanunvericilik dövrü ərzində TBMM sədri seçkiləri iki dəfə keçirilir: birinci səlahiyyət müddəti iki il, ikinci müddət isə qanunvericilik dövrünün sonunadək davam edir.
Parlament bürosu
Büro sədr, dörd sədr müavini, yeddi katib üzv və üç administrator vəzifəli şəxslərdən ibarətdir. Konstitusiyanın 94-cü maddəsinə əsasən, "Türkiyə Böyük Millət Məclisinin bürosu Məclis üzvləri seçilmiş Məclis sədri, sədr müavinləri, katib üzvlər və inzibati vəzifəli şəxslərdən ibarətdir. Büro, Məclisdəki siyasi partiya qruplarının üzv saylarına mütənasib şəkildə iştirakını təmin edəcək tərzdə formalaşdırılır. Siyasi partiya qrupları Sədr vəzifəsinə namizəd irəli sürə bilməzlər. Bir qanunvericilik dövrü ərzində Türkiyə Böyük Millət Məclisinin Bürosu üçün iki seçki keçirilir. Birinci seçkidə seçilənlərin vəzifə müddəti iki il, ikinci dövrdə seçilənlərin müddəti isə üç ildir. Türkiyə Böyük Millət Məclisinin Sədri və Sədr müavinləri, vəzifələrinin tələb etdiyi hallar istisna olmaqla, üzv olduqları siyasi partiyanın və ya partiya qrupunun fəaliyyətində (istər Məclis daxilində, istərsə də xaricində) və ya Məclis müzakirələrində iştirak edə bilməzlər. İclasa sədrlik edən Sədr və ya Sədr müavini səs verə bilməz.""Türkiye Cumhuriyeti Anayasası".
Bu müddəalar Parlament sədrinin və Parlament bürosunun qərəzsizliyini təmin etmək məqsədi daşıyır.
Komissiyaları İxtisaslaşmış komitələr
Komissiya Sədr Sədrin partiyası TBMM-in Ədalət komissiyası Cüneyt YükselƏdalət və İnkişaf Partiyası Ədalət və İnkişaf Partiyası TBMM Konstitusiya komissiyası Yusuf BeyazıtƏdalət və İnkişaf Partiyası TBMM Avropa İttifaqı Uyğunlaşdırma komitəsi Burhan KayatürkƏdalət və İnkişaf Partiyası | TBMM Yenidənqurma, Nəqliyyat və Turizm komitəsi Adil KaraismailoğluƏdalət və İnkişaf Partiyası TBMM Ətraf Mühit komissiyası Galib EnsarioğluƏdalət və İnkişaf Partiyası TBMM Xarici İşlər komissiyası Fuat OktayƏdalət və İnkişaf Partiyası TBMM Ərizələr üzrə komissiyası Sunay Karamık Ədalət və İnkişaf Partiyası TBMM Rəqəmsal Media komissiyası Nazım ElmasƏdalət və İnkişaf Partiyası TBMM Təhlükəsizlik və Kəşfiyyat komissiyası Veysəl TipioğluƏdalət və İnkişaf Partiyası TBMM Daxili İşlər komissiyası Süleyman SoyluƏdalət və İnkişaf Partiyası TBMM İnsan Hüquqları üzrə Araşdırma komissiyası Derya YanıkƏdalət və İnkişaf Partiyası TBMM Qadınlar və kişilər üçün bərabər imkanlar üzrə komissiya Çiğdem ErdoğanƏdalət və İnkişaf Partiyası Dövlət İqtisadi Müəssisələri üzrə komissiya Mustafa SavaşƏdalət və İnkişaf Partiyası Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasıMahmut ÖzerƏdalət və İnkişaf Partiyası Milli Müdafiə komissiyası Hulusi AkarƏdalət və İnkişaf Partiyası Plan və Büdcə komitəsi Mehmet MuşƏdalət və İnkişaf Partiyası Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsi Vedat BilginƏdalət və İnkişaf Partiyası Sənaye, ticarət, energetika, təbii sərvətlər, informasiya və texnologiyalar üzrə komitə Mustafa VarankƏdalət və İnkişaf Partiyası Kənd təsərrüfatı, meşəçilik komissiyası Vahit KirişçiƏdalət və İnkişaf Partiyası
Millət vəkili statusu Millət vəkilləri müəyyən bir müddətə seçilirlər. Səlahiyyət müddəti başa çatdıqdan sonra onlar fəaliyyətlərini davam etdirmək üçün yenidən seçilməlidirlər. Millət vəkililləri müəyyən bir bölgəni təmsil edərək seçkilərdə iştirak etsələr və seçilsələr də, onlar yalnız həmin bölgəni deyil, bütün türk millətini təmsil edirlər. Dövlət qulluqçuları və rəsmi vəzifəli şəxslər parlament seçkilərində namizəd olmaq üçün öz vəzifələrindən istefa verməlidirlər.
18 yaşı tamam olmuş hər hansı Türkiyə vətəndaşı TBBM üzvü seçilə bilər, lakin aşağıdakı xüsusiyyətlərə malik olanlar seçilə bilməzlər:
İbtidai məktəbi bitirməyənlər. Oğurluq və ya dələduzluq kimi cinayətlərə görə məhkum olunmuş şəxslər. Hərbi xidmətdən azad edilməyənlər istisna olmaqla, hərbi xidmətini başa vurmayanlar. Ehtiyatsızlıqdan törədilən cinayətlər istisna olmaqla, azı bir il müddətinə ağır həbs cəzasına məhkum edilmiş şəxslər. Terror aktlarına görə məhkum olunmuş şəxslər.
Millət vəkili səlahiyyət müddəti ərzində — istər parlament daxilində, istərsə də ondan kənarda — verdiyi səslərə, etdiyi çıxışlara və bildirdiyi fikirlərə görə qanunvericilik məsuliyyətindən azaddır. Bu hüquq səlahiyyət müddəti başa çatdıqdan sonra da qüvvədə qalır. Parlament üzvü həmçinin səlahiyyət müddəti ərzində dindirilməmək, saxlanılmamaq və ya cinayət məsuliyyətinə cəlb olunmamaq hüququna, yəni qanunvericilik toxunulmazlığına malikdir. Bu hüquq yalnız səlahiyyət müddəti ilə məhdudlaşır.
TBMM birbaşa seçkilər yolu ilə formalaşır və türk milləti adından fəaliyyət göstərir. Parlamentin əsas vəzifələri icra hakimiyyətinə nəzarət etmək və qanunvericilik səlahiyyətini həyata keçirməkdir. TBMM tərəfindən qəbul edilən qanunlar Konstitusiya Məhkəməsinin nəzarətinə (yoxlamasına) tabedir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir.
Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti Türkiyə Respublikasının Konstitusiyası, TBMM-in Daxili Nizamnaməsi, Türkiyə Respublikasının qanunları, Məclis Bürosunun qərarları, məhkəmə qərarları və formalaşmış parlament təcrübələri əsasında tənzimlənir. thumb|1934-cü ildə qadınlara seçki və seçilmək hüququnun verilməsindən sonra, 1935-ci il seçkilərində parlamentə 18 qadın seçildi. 1993-cü ildə Tansu Çillər ölkənin ilk qadın Baş naziri oldu.
Parlamentin Prosedur qaydaları