Məlikə Xatun məscidi — Ankaranın mərkəzində, Ulus səmtində yerləşir. Məscid adını 14-cü əsrdə Ankarada yaşamış və Osmanlı dövründə xeyriyyə işləri ilə Ankaranın sosial və dini həyatına töhfə vermiş Məlikə Xatundan götürüb. Məscid 27 sentyabr 2017-ci ildə ibadətə açılıb. Tikintisi dörd il çəkən məscidin layihəsi Hilmi Şenalp tərəfindən hazırlanıb.

Memarlıq xüsusiyyətləri Osmanlı, Səlcuq və müasir məscid memarlığını özündə birləşdirən məscidin ibadət yeri yeddi min nəfərlikdir. Üç eyvanılı dörd minarəsi var. Günbəzin diametri 27 metr, hündürlüyü isə 43 metrdir. Əsas günbəzin üzərində 1 metr 20 santimetr hündürlüyündə bir aləm ucalır. Giriş qapıları qızıl varak, sədəf və fil sümüyü ilə naxışlanmış kitabələrlə bəzədilib.

Müzakirələr Məscidin açılışını o vaxtkı prezident Rəcəb Tayyib Ərdoğan edib. Açılış mərasimində Ərdoğan məscidin Ankara üçün bir simvola çevriləcəyini bildirdi. O, dedi: "Xüsusilə təkpartiyalı dövrdə Ankaranı qədim kimliyindən məhrum etmək və onu faktiki olaraq məscidsiz etmək cəhdinin olması danılmaz bir həqiqətdir". Buna görə də məscidin tikintisi "Cümhuriyyətin şəhərsalma dizaynına qarşı Neo-Osmanlı addımı" kimi şərh edildi.

İstinadlar

Kateqoriya:Altındağ tikililəri Kateqoriya:Ankara tikililəri Kateqoriya:Ankara ilindəki binalar və tikililər Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:İslam Kateqoriya:2017-ci ildə Türkiyədə yarananlar