Nqari () və ya Ali ) — Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətində inzibati əyalət səviyyəli dairə. Dairənin idarəetmə orqanları Buranq mahalında fəaliyyət göstərir.

Tarixi

Nqari tarixən U-Tsanq bölgəsinin tərkib hissəsi olmuşdur. Orta əsrlərdə bu ərazilərdə Quqe padşahlığı mövcud idi. XVII əsrin ortalarında krallıq Ladakh qoşunları tərəfindən məhv edilmişdir, lakin həmin qoşunlar sonradan oyratların dəstəyi ilə tibetlilər tərəfindən bölgədən çıxarılmış və ərazi Dalay Lamanın hakimiyyəti altına keçmişdir.Ryavec, Karl E. (2015). A Historical Atlas of Tibet. Chicago: The University of Chicago Press. p. 62.

Tibet Çin Xalq Respublikasının tərkibinə daxil edildikdən sonra, 1954-cü ildə "Nqari idarəçisi" () vəzifəsi təsis edilmişdir. 1960-cı ildə keçmiş dzonqların bazasında yaradılmış yeddi mahaldan ibarət Nqari Xüsusi Dairəsi (阿里专区) formalaşdırılmışdır. 1962-ci ildə Conqba mahalı Şiqatse Xüsusi Dairəsinə verilmiş və Nqari Xüsusi Dairəsində altı mahal qalmışdır. 1970-ci ildə bu inzibati vahidin adı dəyişdirilərək Nqari Dairəsi adlandırılmış və Sincan-Uyğur Muxtar Rayonunun tərkibinə daxil edilmişdir. 1979-cu ildə dairə yenidən Tibet Muxtar Rayonunun inzibati tabeliyinə qaytarılmışdır.Guge, Tsering Gyalpo (2003). 阿里史话 [The History of Ngari] (in Chinese). Lhasa: Tibet People's Press. pp. 59–60.

İstinadlar

Kateqoriya:Tibet Muxtar Vilayəti Kateqoriya:Himalay