Tigriornis leucolopha (Ağ kəkilli pələng vağı) — Həmçinin "ağ kəkilli vağ" kimi tanınan, Vağlar (Ardeidae) fəsiləsinin monotipik "Tigriornis" cinsinə aid bir növ. Afrika tropik meşələrində geniş yayılmışdır və adətən kiçik çaylar və bataqlıqların yaxınlığında rast gəlinir. Bu vağ tünd qara, qəhvəyi və bej rənglərə malikdir və qaldırıldıqda görünə bilən ağ kəkili ilə fərqlənir."White-Crested Tiger-Heron." HeronConservation, 2010, https://www.heronconservation.org/herons-of-the-world/list-of-herons/white-crested-tiger-heron/. Bu vağ haqqında və ya onun davranışları haqqında çox məlumat yoxdur, lakin məlumdur ki, çaylarda və ya çay sahillərində yaşayan kiçik balıqlar, xərçənglər, qurbağalar, ilanlar və həşəratlarla qidalanır. Gizli təbiətinə baxmayaraq, geniş bir ərazidə rast gəlinir və Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən "Narahatlıq Doğurmayan" kimi qiymətləndirilmişdir. Məskunlaşma sahələrinin məhv edilməsi və tibbi məqsədlər üçün ovlanma kimi təhlükələr səbəbindən onun populyasiyası zaman keçdikcə azalır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Vağlar