Maks Midinqer (; ) — İsveçrəli qrafik dizayner, tipoqraf və şrift dizayneri. 1957-ci ildə o, XX-ci əsrin ikinci yarısının ən populyar şriftlərindən biri olan Helvetika şriftini yaradıb.Andrew Dickson meets :en:Gary Hustwit, creator and director of the film Helvetica

Həyatı Maks Midinqer 24 dekabr 1910-cu ildə Sürix şəhərində anadan olub. O, Sürix Tətbiqi İncəsənətlər Məktəbində təhsil almışdır. Karyerasını "Globus" nəşriyyatında qrafik dizayner kimi başlayan Miedinqer daha sonra tipoqrafiyaya olan marağını daha da dərinləşdirir.

1956-cı ildə o, İsveçrənin tanınmış tipoqrafiya şirkətlərindən biri olan "Haas Type Foundry", yeni və modern bir sans-serif font yaratmaq istəyirdi. Max Miedinqer və Eduard Hoffmann bu təşəbbüsü reallaşdırmaq üçün birlikdə işləməyə başladılar. 1957-ci ildə yaratdıqları bu yeni font “Neue Haas Grotesk” adlandırılsa da, daha sonra Helvetika adını alaraq bütün dünya dizayn sahəsində inqilabi bir dəyişikliyə səbəb oldu.

Max Miedinqer 1980-ci ildə 69 yaşında vəfat etsə də, Helvetika şrifti dünya dizayn tarixində iz buraxdı. Bugün də bu fontun minimalist və çox istiqamətli istifadəsi onu dizaynerlər arasında və qlobal şirkətlər arasında populyar saxlayır. 2007-ci ildə "Helvetica" adlı bir sənədli film bu fontun dizayn üniversumundaki rolu haqqında geniş şəkildə söhbət açmışdır.

İstinadlar

Ədəbiyyat Laufer, David Calvin Dialogues With Creative Legends, New Riders Press, San Francisco, , Page 98.

Xarici keçidlər

Max Miedinger, Font Designer of Helvetica Max Miedinger, the man Max Miedinger, History of the typeface