"Antisemitizm axmaqların sosializmidir" () — yəhudilərin "varlılıq" və ya "gücü"nün sosial ədalətsizliyin əsas mənbəyi olması fikrini tənqid edən ifadə.

Mənşəyi

Bu ifadə tez-tez Almaniya sosialist fəalı və siyasətçisi Avqust Bebelə və ya Almaniya filosofu, siyasi nəzəriyyəçi və iqtisadçı Karl Marksa aid edilir, lakin Bebel özü,Bebel, August, quoted in eləcə də daha sonrakı dövrdə britaniyalı tarixçilər Piter G. C. Pultser və Riçard J. Evans bu ifadənin müəllifini Avstriya sol-liberal siyasətçisi Ferdinand Kronavetter kimi göstərmişdir. İfadənin Kronavetter tərəfindən ilk məlum istifadəsi 1889-cu ilin aprel ayında Vyanada Marqariten Rayonu Seçki Assosiasiyasının ümumi iclasında etdiyi çıxış zamanı qeydə alınmışdır. 24 aprel 1889-cu ildə "Neue Freie Presse" qəzeti Kronavetterin həmin çıxışını dərc etmişdir. Burada o, bu fikri "Antisemitizm Vyana axmağının sosializmindən başqa bir şey deyildir" kimi ifadə etmişdir.Kronawetter, Ferdinand, quoted in 1890-cı illərə doğru bu ifadə Almaniya sosial-demokratları arasında geniş yayılmışdır.

İrsi

Filosof Leo Strauss iddia etmişdir ki, SSRİ lideri İosif Stalin "axmaqların sosializmi"nin faydalı ola biləcəyinə inanmış ola bilər, çünki axmaqların çoxsaylı olduğu ehtimal edilirdi. Straussun fikrinə görə, Stalin bu səbəbdən antisemitizmi şüurlu şəkildə təşviq etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Almaniyada antisemitizm Kateqoriya:Avstriyada antisemitizm Kateqoriya:Sosializm tarixi