İdina Kim Menzel (; ) — Amerikalı teatr, kino və televiziya aktrisası, müğənni və bəstəkar. O, Brodvey səhnəsində məşhurlaşıb. Bu səbəbdən "Brodvey kraliçası" adlandırılır. Həyatı İdina Kim Menzel 1971-ci il mayın 30-da Nyu-Yorkun Manhetten bölgəsində anadan olub. O, təxminən üc yaşına qədər Nyu-Cersidə yaşamışdır. Sonra ailəsi Lonq-Aylendə köçüb. Onun valideynləri Stuart Menzel (pijamalar satıcısı) və Helen Qoldberq (terapevt) idi. Onun Cara adlı kiçik bacısı var. Menzel yəhudidir və onun babaları Rusiya imperiyasından ABŞ-a mühacirət ediblər.
15 yaşında valideynləri ayrılandan sonra, o, toy və bar/bat mitzvah mərasimlərində müğənni kimi işləməyə başladı. Bu işini Nyu-York Universitetinin Tiç İncəsənət Məktəbində oxuyarkən də davam etdirdi və 1992-ci ildə dram sahəsində İncənətlər Bakalavrı dərəcəsi qazandı. İdina soyadını "Menzel" olaraq dəyişdirdi ki, Mentzel ailəsinin ABŞ-da qəbul etdiyi tələffüzə daha yaxın olsun.
1995-ci ildə Menzel "Rent" müziklində rol almaq üçün dinləmələrə qatıldı və bu onun peşkər teatr karyerasının ilk işi və Brodvay debütu oldu. "Rent" 26 yanvar 1996-cı ildə "New York Theatre Workshop Off-Broadway"da səhnəyə qoyuldu. Əsər populyarlığı sayəsində Brodveydəki Nederlander Teatrına köçürüldü. Müziklın orijinal heyətində Maurin Conson roluna görə Menzel Toni mükafatına namizəd oldu, amma bu mükafata "Bring in 'da Noise, Bring in 'da Funk" müziklindəki performansına görə Enn Duqesnay layiq görüldü. 250px|thumb|left|Menzelin Hollivud Şöhrət Xiyabanındakı ulduzu "Rent"dəki məşhurluğundan sonra Menzel "Still I Can't Be Still" adlı ilk solo albomunu buraxdı.
2013-cü ildə Menzel "Donmuş" cizgi musiqili filmində Elzanın oxuyan səsini canlandırdı. Menzelin performansı tənqidçilərin rəğbətini qazandı. Film "Disney"in ən çox gəlir gətirən filmlərindən birinə çevrildi. Menzel xüsusilə Oskar, Qremmi və Tənqidçilərin Seçimi Mükafatlarını qazanan və Qızıl Qlobus və Satellite Mükafatlarına namizəd göstərilən "Let It Go" mahnısı ilə diqqət çəkdi. O, həmçinin "For the First Time in Forever" və onun təkrarını ifa etdi. Menzel 2014-cü ilin mart ayında 86-cı Oskar Mükafatlarında "Let It Go" mahnısını ifa etməyə dəvət edildi və mahnı "Ən Yaxşı Orijinal Mahnı" nominasiyasında Oskar mükafatını qazandı. O vaxtdan bəri, o, "Disney Infinity" seriyası və "Kingdom Hearts III" kimi video oyunlarda, 2015-ci ildə çəkilmiş qısametrajlı film "Frozen Fever", 2017-ci ildə çəkilmiş tammetrajlı qısametrajlı film "Olaf's Frozen Adventure", 2018-ci ildə çəkilmiş "Ralph Breaks the Internet" və 2019-cu ildə çəkilmiş "Frozen 2" filmlərinin davamı da daxil olmaqla, əksər çıxışlarında Elsa rolunu təkrarlayıb.
2019-cu ilin noyabr ayında Menzel və Kristen Bell (Şahzadə Annanı səsləndirənlər) Hollivud Şöhrət Xiyabanında qonşu ulduzlar — Menzel 2682-ci, Bell isə 2681-ci idilər — qəbul etdilər.
2003-cü ildən 2014-cü ilə qədər Menzel aktyor Tey Diqqs ilə evli olub. Keçmiş cütlüyün Volker Nataniel Diqqs (2 sentyabr 2009-cu il təvəllüdlü) adlı bir oğlu var.
22 sentyabr 2017-ci ildən bəri Menzel aktyor Aaron Lohr ilə evlidir. 2015-ci ilin avqust ayında cütlük Ensinoda ev alıb.
İstinadlar
Xarici keçidlər
Interview with Idina Menzel at TonyAwards.com
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsr ABŞ bəstəkarları