Kiçik Kerrol Mays (; ) — ABŞ avtomobil dizayneri. O, "Ford" və "Whirlpool Corporation"da fəaliyyəti ilə məşhurdur. Həyatı J Mays, 15 oktyabr 1954-cü Oklahoma ştatının Pols-Valli şəhərində anadan olub. O, Oklahoma Universitetində dizan üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə başlamış, ilk olaraq "Audi" və "Volkswagen" markalarında işləyərək tanınmağa başlamışdır.

"Ford"da fəaliyyətinə 2003-cü ildə başlayan Kiçik Mays markanın baş dizayneri olaraq, "Ford"un yeni dizayn üslubunu yaradaraq, şirkətə müasir bir görünüş qazandırmışdır. O, həmçinin "Ford"un ikonik modellərini, o cümlədən 2005-ci ildə təqdim edilən yeni Ford "Mustanq"ın dizaynına rəhbərlik etmişdir. Bu model "Ford"un ən çox tanınan və ən uğurlu modellərindən biri oldu və həm klassik dizayn xüsusiyyətlərini, həm də müasir performansı birləşdirdi. Bundan başqa, Mays "Ford Fusion" (2005) və "Ford Flex" (2008) kimi modellərin də dizaynına rəhbərlik etmişdir.

Karol Mays Hollivudda əvvəlcə "Maşınlar" filminin istehsalında kömək etmiş o, "Qəhrəmanlar şəhəri" üçün robotun və "Heyvanlar diyarı" filmlərindəki nəqliyyat vasitələrinin dizaynı da daxil olmaqla bir neçə başqa filmdə də iştirakını davam etdirmişdi.

2015-ci ilin sentyabr ayından etibarən Mays Kral İncəsənət Kollecinin nüfuzlu Nəqliyyat Vasitələrinin Dizaynı proqramına qonaq professor kimi töhfə verməyə başladı. Kurs daha sonra 2018-ci ildən İntellektual Mobillik adlandırıldı.

2018-ci ilin sentyabr ayında "Whirlpool Corporation" Maysı yeni vitse-prezidenti və baş dizayn direktoru elan etdi. Mays 2021-ci ilin sonunda təqaüdə çıxdı.

İstinadlar

Xarici keçidlər

Review of the MOCA-LA exhibit, by Artfacts.net