Mustafa Kamal Atatürk (1881 - 10 noyabr 1938) — Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti, feldmarşal, inqilabçı dövlət xadimi. Mustafa Kamal Atatürkün hərbi karyerası 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Akademiyasını leytenant rütbəsində bitirməsi ilə, 8 iyul 1919-cu ildə Osmanlı Ordusundan təxsis olunduğuna, eləcə Türkiyə İstiqlaliyyat müharibəsi zamanı rəhbərlik etdiyi dövrü əhatə edir.
İlk illəri Beşinci Orduda qərargah kapitanı (1905-1907) Mustafa Kamal 1905-ci ildə Osmanlı Hərbi Qərargah Kollecini qərargah kapitanı (Kurmay Yüzbaşı) rütbəsi ilə bitirmiş və Dəməşqdə yerləşən Beşinci Orduya göndərilmişdir. Orada o, tezliklə “Vətən və Hürriyet” adlı islahatçı zabitlərdən ibarət kiçik gizli inqilabi cəmiyyətə qoşuldu və II Abdalhəmid rejiminin fəal müxalifinə çevrildi.Atatürk’ün Eğitim ve Öğretim Gördüğü Kurumlar
Üçüncü Orduda baş kapitan (1907-1910) 1907-ci ildə Qolağası (baş kapitan) rütbəsinə yüksəldi və Monastirdə (indiki Bitola, Şimali Makedoniya) Osmanlı İmperiyasının 3-cü Ordusuna təyin edildi.Atatürk Kronolojisi Elə bu dövrdə o, İttifaq və Tərəqqi Komitəsinə (İTK) daxil oldu.
1908-ci ildə Gənc Türk inqilabı, hakimiyyəti o zamanlar hökmdar olan Sultan II Əbdülhəmiddən ələ keçirdi və Mustafa Kamal böyük hərbi xadim oldu. İTK-nın ilk üzvlərindən biri kimi o, 1908-ci il inqilabında rol oynadı. Sonrakı illərdə o, İTK-ın rəhbərliyinin apardığı siyasətə qarşı çıxdı. Az sonra Mustafa Kamalın Ənvər Paşa ilə münasibətləri pisləşdi və Ənvər Paşa 1913-cü ildə böyük hərbi lider kimi ortaya çıxdıqda, Mustafa Kamal hakimiyyət mərkəzindən kənarlaşdırıldı.Zürcher, Turkey : a modern history, 142
Hərbi nazirlik (1910-1911) Atatürk 1910-cu ildə Fransanın Pikardiya şəhərində ordu təlimlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Hərbi nazirlikdə işə daxil olur.
İtaliya-Türkiyə müharibəsi (1911-1912) 1911-ci ildə İtaliyanın işğalına qarşı çıxmaq üçün Tripolida İtaliya-Türkiyə müharibəsində könüllü olaraq döyüşmüşdür. 22 dekabr 1911-ci ildə Tobruq şəhərinin uğurlu müdafiəsindən sonra 6 mart 1912-ci ildə Derna Silahlı qüvvələrə komandan təyin edildi.Hareket Ordusu ve Kurmay Yüzbaşı Mustafa Kemal
Balkan müharibələri (1912-1913) 1912-ci ilin oktyabrında Balkan müharibələrinin başlamasından sonra İstanbula qayıtdı. Birinci Balkan müharibəsi zamanı Mustafa Kamal Frakiya sahillərində Çanaqqala və Bulair (Bolayır) bölgəsində Bolqarıstan ordusuna qarşı vuruşdu. O, həmçinin İkinci Balkan Müharibəsi zamanı Ədirnə və Dimetoka şəhərlərinin geri alınmasında mühüm rol oynamışdır.
I Dünya Müharibəsi Sofiyada hərbi attaşe (1913-1914) 1913-cü ildə Atatürk Sofiyaya hərbi attaşe təyin edildi. Sofiyada olarkən o, İmperiyanın Almaniya tərəfində müharibə etməsin narazı idi. 1914-cü il iyulun 16-da o, Sofiyadan İstanbukdakı Hərbi Nazirliyinə rəsmi göndəriş göndərdi və müharibə baş verərsə, sonradan mərkəzi güclərə qarşı mümkün müdaxilə üçün neytrallıq siyasətinə çağırdı.Kinross, Atatürk: The Rebirth of a Nation, 60 Lakin Hərbi nazir Ənvər Paşa Almaniya ilə ittifaqın tərəfdarı oldu və nəticədə iki hökumət arasında gizli ittifaq müqaviləsi imzalandı. Osmanlı İmperiyası Birinci Dünya Müharibəsində Almaniya tərəfindən döyüşdü.
Çanaqqala döyüşü, 1915–1916
Alman marşalı Otto Liman fon Sanders Çanaqqalanın müdafiəsi üçün Beşinci Ordunun komandanı təyin edildi. Mustafa Kamala 5-ci Orduya təyin edilmiş 19-cu Diviziyanı təşkil etmək və komandanlıq etmək vəzifəsi verildi. 8 yanvar 1915-ci ildə Britaniya Hərbi Şurası “İstanbulu ələ keçirmək məqsədi ilə Çanaqqalanı bombalamaq və ələ keçirmək” əməliyyatına başladı.
İngilis donanmasının hücumları Çanaqqala boğazından keçə bilmədi və ingilislər quru hücuma keçdilər. Quru yürüşü 25 aprel 1915-ci il və 9 yanvar 1916-cı il tarixləri arasında baş tutdu. Mustafa Kamal Çanaqqalada yerləşən diviziyası ilə müttəfiqlərin yarımadaya doğru zorla keçmə cəhdlərinin mərkəzində oldu.
25 aprel 1915-ci ildə Avstraliya və Yeni Zelandiya Ordu Korpusu ANZAK körfəzinə qoşun endirdikdən sonra içəriyə doğru hərəkət etməli idi, lakin tezliklə Mustafa Kamalın komandanlığı ilə türklərin əks hücumu ilə qarşılaşdı. Düşmən qüvvələri ilə toqquşmadan sonra türklər yüksəkliklərini geri aldı. ANZAK qüvvələri geri çəkildi, böyük ölçüdə itki verdi və məqsədlərinə nail ola bilmədi.Mustafa Kemal Axşama doğru ANZAK-lar 2000 çox itki vermiş və sonrakı iki həftə ərzində irəliləyə bilmədilər və qüvvələrinin üçdə birini itirdilər.
Çunuk Bayır döyüşündə müttəfiq qüvvələrini mühasirəyə alması sayəsində quru kampaniyasının ilkin mərhələsində Mustafa Kamal Albay (polkovnik) rütbəsinə yüksəldi. Avqustun 6-da başlayan Çanaqqala döyüşlərinin ikinci mərhələsi Mustafa Kamalı atəş xəttindən cəmi üç yüz metr (təxminən 330 yard) uzaqlaşdırdı. O, eyni zamanda Çanaqqala müharibəsi boyunca Çunuk Bayır, Tekketepe döyüşləri kimi bir çox böyük döyüşlərdə komandan təyin edilmişdir.
Çanaqqala döyüşləri müttəfiqlər üçün fəlakətli məğlubiyyətə çevrildi, çünki onlar on ay davam edən döyüşlərdə türklər tərəfindən sıxışdırıldılar və Çanaqqalanın sahillərini keçə bilmədilər.Mustafa Kemal’in İlk Savaşı
Müttəfiqlər nəhayət hücumu dayandırmaq qərarına gəldilər və qoşunlarını təxliyə etdilər. Otto Liman fon Sanders və bir neçə başqa türk komandiri Türk boğazlarının müdafiəsində mühüm uğur qazandılar. Bundan sonra Mustafa Kamal görkəmli cəbhə komandiri oldu və keçmiş düşmənləri arasında böyük hörmət qazandı. Mustafa Kamalın Çanaqqala müharibəsi zamanı həlak olan yüz minlərlə türk və anzak əsgərinin itkisini xatırlayan nitqi Anzak körfəzindəki abidənin üzərində yazılıb.
Qafqaz döyüşləri, 1916–1917 Çanaqqala döyüşündən sonra Mustafa Kamal 14 yanvar 1916-cı ilə qədər Ədirnə şəhərində xidmət etdi. İkinci Ordunun XVI Korpusunun komandanlığına təyin edildi və Qafqaz cəbhəsində iştirak etmək üçün Diyarbəkirə göndərildi. Aprelin 1-də ona Tuğgeneral rütbəsi verildi.
Mustafa Kamal yeni vəzifəyə təyin olunanda erməni generalları rəhbərlik etdiyi rus ordusu, erməni könüllü birləşmələri və erməni quldur dəstələri Vanda mütərəqqi hökumət yaradırdı.
Mustafa Kamal gələndə xaotik şəraitlə qarşılaşdı. Erməni birləşmələri ilə gərgin münasibətlərdə olan yüz minlərlə yerli əhali cəbhə xəttinə axışdı. Mustafa Kamalın ilkin vəzifəsi qorxuya düşmüş xalqı sakitləşdirmək idi.
Rusiyanın kütləvi hücumu Anadolunun əsas şəhərləri Ərzurum, Bitlis və Muşa çatdı. Mustafa Kamal avqustun 7-də qoşunlarını toplayıb əks hücuma keçdi.Lengyel, They called him Atatürk, 68 O, öz ordusunun əhval-ruhiyyəsini o qədər gücləndirmişdi ki, beş gün ərzində onun iki diviziyası təkcə Bitlisi deyil, eyni dərəcədə əhəmiyyətli Muş şəhərini də ələ keçirərək rus komandanlığının hesablamalarını xeyli pozmuşdu.Kinross, Atatürk: The Rebirth of a Nation, 100
7 mart 1917-ci ildə Mustafa Kamal XVI Korpus komandanlığından İkinci Ordunun ümumi komandanlığına təyin edildi. Bu vaxt rus inqilabı baş verdi və çar qoşunlarının Qafqaz cəbhəsi parçalandı. Mustafa Kamal artıq başqa bir döyüş cəbhəsinə təyin olunaraq bölgəni tərk etdi.
Sinay və Fələstin cəbhəsi, 1917-1918 Mustafa Kamalın İkinci Ordu komandanlığı Sinay və Fələstin Cəbhəsinə köçürüldüyü üçün qısamüddətli oldu. Burada onu Yeddinci Ordunun komandanı təyin etdilər. Yeddinci Ordunun qərargahına qısa müddət rəhbərlik etdikdən sonra oktyabrın 7-də İstanbula qayıtdı və Almaniyaya vəliəhd şahzadə Mehmed Vahdettin (sonradan Sultan VI Mehmed) ilə birlikdə səfər etdi. Bu səfər zamanı xəstələndi və müalicə üçün Vyanada qaldı.
28 avqust 1918-ci ildə Hələbə qayıtdı və Yeddinci Ordunun komandanlığını bərpa etdi. Onun qərargahı Fələstinin Nablus şəhərində idi. Çanaqqalada olduğu kimi, qərargaha Nazaretdə yerləşən general Liman fon Sandersin komandanlığı rəhbərlik edirdi. Mustafa Kamal yenidən Suriyanı hərtərəfli araşdırdı və cəbhə bölgələrini ziyarət etdi. Onun gəldiyi nəticə bu idi ki, Suriya acınacaqlı vəziyyətdədir.Spangnolo, The modern Middle East in historical perspective : essays in honour of Albert Hourani, 234–254 Bölgədə Osmanlı valiləri və sərkərdələri yox idi. Böyük Britaniya təbliğatı var idi və ingilis agentləri hər yerdə idi. Yerli əhali Osmanlı hökumətinə nifrət edir və ingilis qoşunlarının gəlişini səbirsizliklə gözləyirdi. Düşmən texnika baxımından güclü idi. O, çıxılmaz vəziyyəti təsvir etmək üçün demişdi: “Biz onların yanında pambıq sapı kimiyik”.Mango, Atatürk, 179
Mustafa Kamal Atatürk həmçinin Böyük Britaniya tərəfindən təşkil edilən və yerli ərəbləri türk hökmranlığına qarşı üsyana təşviq edən ərəb üsyanı ilə də mübarizə aparmalı oldu. Liman fon Sanders Meqiddo döyüşündə uduzdu və təkcə ilk gündə 75.000 türk hərbi əsir götürüldü. General Allenbinin qüvvələri ilə Mustafa Kamalın Yeddinci Ordusu arasında indi heç nə yox idi. İngilis qüvvələrinə qarşı durmaq üçün hərbi gücü olmadığı qənaətinə gələn Mustafa Kamal daha güclü müdafiə xətti qurmaq üçün İordaniyaya doğru geri çəkildi. Bir neçə gün ərzində fərarilərin ümumi sayı 300 minə çatdı.Mango, Atatürk, 180 Mustafa Kamal müharibədə müttəfiqlərə qarşı mübarizədən əlavə öz qüvvələrinin parçalanmasına qarşı mübarizə edirdi.
Müharibə zamanı Mustafa Kamal İldırım Ordular qrupu Komandanlığına Liman von Sandersin yerinə təyin edildi. 1918-ci ilin payızında Qüdsü ələ keçirən müttəfiq qüvvələr Fələstin cəbhəsində general Allenbinin rəhbərliyi altında türklərə qarşı son hücuma hazırlaşırdılar.Kinross, Ottoman centuries, 608 O, Hələbin cənubunda yeni müdafiə xətti boyunca qoşunlarını yerləşdirdi, dağlarda müqavimət göstərməyi bacardı və irəliləyən İngilis qüvvələrini dayandırdı.
Mustafa Kamalın mövqeyi Mudros müqaviləsinin əsas sərhəddi oldu. Sülh müqaviləsi dövründə hələ də Osmanlının nəzarətində olan Yəmən kimi bölgələr var idi. Mustafa Kamalın Osmanlı Ordusunda əsas xidmətlərindən cəbhə xəttinin cənubunda qalan hissələrin geri qaytarılmasının təşkili idi.
Hərbi nazirlik (1918-1919)
30 oktyabr 1918-ci ildə Osmanlılar Mudros müqaviləsindən sonra müttəfiqlərə təslim oldular.Mustafa Kemal’in Mondros Mütarekesi’ne Tepkisi Bundan sonra müasir ərəb dünyasının və Türkiyənin yaradılması başlanıldı. Müharibənin sonunda Mustafa Kamalın 37 yaşı var idi. O, Birinci Dünya Müharibəsinin son mərhələlərində Osmanlı Ordusunun ən böyük diviziyasına, İldırım Ordular qrupu komandanlığına rəhbərlik edirdi. Ancaq atəşkəsdən sonra bu qrup dağıldı və Mustafa Kamal Hərbi nazirliyə təyin edildi. Mustafa Kamal, Kazım Qarabəkir, İsmət İnönü və başqa Osmanlı Ordusunun qabaqcıl zabitləri İstanbula qayıtmazdan əvvəl İstanbulun işğalı başladı. Mango, Andrew. (1999) Atatürk– The Biography of the Founder of Modern Turkey, chap. 10. Lord Kinross. The Rebirth of a Nation, chap. 20. Mustafa Kamal İstanbulda qarşısını almaq üçün mübarizə apardığı şəraitlə əhatə olunmuşdu. Bu müddət ərzində o, hər axşam Fəthi Okyar, Əli Fuad Cəbəsoy, Kazım Qarabəkir və İsmət İnönü ilə görüşür, dövləti indiki çətin vəziyyətdən necə xilas edə biləcəklərini müzakirə edirdi.MUSTAFA KEMAL PAŞA’NIN İSTANBUL’DAKİ SİYASİ FAALİYETLERİ (13 KASIM 1918-16 MAYIS 1919)Çetiner Yılmaz, Son Padişah Vahdettin, 2.b., İstanbul, Milliyet Yayınları, 1993. İstanbulda olduğu müddətdə Mustafa Kamal siyasətlə də məşğul olub.
Samsuna çıxışı (19 may 1919 - 8 iyul 1919) Mondros müqaviləsidən sonra Osmanlı dövlətinin orduları tərxis olunmağa və onların sursatları toplanmağa başladı. Daha sonra ölkənin müxtəlif bölgələri bir-bir işğal olundu. Antanta dövlətləri Samsundakı ordunun tərxis olunmadığını bildirərək bölgəni işğal etməklə hədələdilər.Özakman, Turgut, Vahidettin, M. Kemal ve Milli Mücadele, Yalanlar, Yanlışlar, Yutturmacalar, Bilgi Yayınevi, Ankara, s.250-252. Sivas, Trabzon, Ərzurum və Van vilayətləri kimi Samsunda da mülki və hərbi hakimiyyət quruldu.